Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində "Kainatın pıçıltısı" +VİDEO, FOTO=20

24.09.2026-cı il tarixində Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində rəssam Nigar Bağırovanın "Kainatın pıçıltısı" adlı fərdi sərgisi açılıb.

Rəssam Nigar Bağırovanın müəllifliyi ilə ərsəyə gələn "Kainatın pıçıltısı" fərdi rəsm sərgisi yalnız incəsənət mühiti üçün deyil, həm də ölkəmizin mədəni diplomatiya palitrasında əlamətdar bir hadisəyə çevrilib. Təsviri sənətin fəlsəfi qatlarını və varlığın dərin ahəngini kətan üzərində təcəssüm etdirən bu ekspozisiya, fərqli mədəniyyətlərin və diplomatiya nümayəndələrinin bir araya gəldiyi nəfis bir ünsiyyət platforması rolu oynayıb.

Tədbirin rəsmi qonaqları arasında Latviya və Misir Ərəb Respublikasının fövqəladə və səlahiyyətli səfirlərinin də yer alması sərgiyə xüsusi beynəlxalq status qazandırıb. 

Tədbiri açılış nitqi ilə açan Mərkəzin direktoru Prof.Dr.Tarek Mohammad Aboul Fotouh bildirib ki, təqdim edilən hər bir əsər böyük duyğu, dərin məna və yüksək peşəkarlıq hiss etdirir. 

Daha sonra Misir Ərəb Respublikasının fövqəladə və səlahiyyətli səfiri Houssam Eldine Reda rəssama tükənməz ilham və gələcək bütün sərgilərində, yaradıcılıq yolunda uğurlar diləyib. 

"Kainatın pıçıltısı" fərdi sərgisi bir daha nümayiş etdirdi ki, sənətin dili sərhəd tanımır. Latviya və Misir diplomatlarının bu sənət bayramında iştirakı, rəssam Nigar Bağırovanın yaradıcılığına olan beynəlxalq marağın və Azərbaycan təsviri sənətinin qlobal mədəniyyətlə dialoq qurmaq gücünün növbəti təzahürüdür.

Qeyd edək ki, sərgi sentyabrın 26-dək davam edəcək. 

Xeyransa İsmayılova

TƏDBİRİN VİDEOSUNU İZLƏMƏK ÜÇÜN LİNKƏ TIKLAYIN: 

https://www.instagram.com/p/DdryqORBh8R/

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111