Nigar Bağırovanın fərdi rəsm sərgisi
(FOTO=44)
24.09.2026-cı il tarixində Bakıda, Misir Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Fotoqrafçılar Birliyinin üzvü,Humay premiyasının laureatı, biologiya elmləri namizədi, dosent Nigar Bağırovanın fərdi sərgisi açılıb.
Sərginin təntənəli açılışında səfirlər, media nümayəndələri iştirak ediblər. Sərgini Mərkəzin direktoru Dr.Tarek Mohammad Aboul Fotouh açıb. Daha sonra Nigar Bağırova çıxış etmiş, sərgi haqqında məlumat vermiş və gələn qonaqları salamlamışdır. Tədbirdə Misirin Bakıdakı səfiri cənab Houssam Eldine Reda da çıxış etmiş, önəmli olan bu rəsm sərgisinin baş tutmasında əməyi keçən hər kəsə təşəkkür etmişdir. O öz unikal əsərləri ilə sərgiyə ruh verən istedadlı rəssama yaradıcılığında uğurlar arzulamıçdır.
Müəllif Nigar Bağırova Mərkəzdə fərdi sərgisinin açılması üçün yaradılan imkana görə rəhbərliyə təşəkkür edib. Sərgi sentyabrın 26-dək davam edəcək.
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



