Sumqayıt şəhər 29 saylı məktəbdə şəhidlər yad edilib +FOTO=7
Sumqayıt şəhərində Tofiq İsmayılov adına 29 saylı məktəbin 1"d" sinif şagirdləri 2020-ci il sentyabrın 27 si başlamış və tarixi Zəfərlə yekunlaşmış 44 günlük Vətən müharibəsinin şəhidlərini yad ediblər. İlk öncə məktəbin bütün şagirdləri əllərində şəhidlərin şəkli əks olunmuş plokatlarla məktəbin həyətində sıraya düzülmüş, şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunmuşdur. Daha sonra şagirdlər öz siniflərinə doğru hərəkət edərkən də həmin şəkilləri qürurla əllərində tutublar.
Həsənova Vəzifə müəllimin rəhbərlik etdiyi 1 "d" sinifinin şagirdləri anım gününə xüsusi hazırlaşaraq, şəhidlərin xatirəsinə həsr olunmuş şeirlər səsləndirib və zəfərlə əlaqəli rəsimlər rəngləyiblər. Səslənən şeirlər arasında yaradıcılığının böyük bir qismini şəhidlərimizin xatirəsinə həsr etmiş 38 kitabın müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü şairə Esmira Günəşin də şeirləri yer alıb. Vəzifə müəllim şagirdlərinə günün önəmindən bəhs edərək, şəhidlərimizin heç zaman unudulmayacağını bildirib. Balaca fidanlarına hər zaman şəhidlərimizi böyük ehtiramla yad etməyin vacibliyindən danışıb.
Qeyd edək ki, şairə Esmira Günəşin qızı Elay Abbaszadə də həmin sinifin fəal şagirdlərindən biridir. O, tədbirdə 128 gün komada qaldından sonra şəhadətə ucalan şəhidimiz Tacəddin İsmayılzadənin xatirəsinə anasının həsr etdiyi şeiri səsləndirib. Həmin şeiri sizlərə təqdim edirik.
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



