182 saylı tam orta məktəbin şagirdləri Anım Gününə həsr olunmuş tədbir keçirib +FOTO=11
Bakı şəhəri Binəqədi rayonu 182 saylı tam orta məktəbin 4 T sinifi 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirib və Şəhidlər xiyabanını ziyarət edib. Bakı şəhəri182 saylı tam orta məktəbdə 27 Sentyabr – Anım Günü münasibəti ilə təsirli və vətənpərvərlik ruhunda anım tədbiri keçirilib, həmçinin Şəhidlər xiyabanına ziyarət təşkil olunub.
Məktəbin ibtidai sinif müəlliməsi Tağıyeva Tünzalənin rəhbərliyi və 4 T sinif şagirdlərinin fəal iştirakı ilə baş tutan tədbirdə 182 saylı məktəbin direktoru Sadıqova Aytən, məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarından keçmiş müqəddəs şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən məktəbin direktoru Sadıqova Aytən 27 sentyabrın xalqımızın qəhrəmanlıq salnaməsindəki xüsusi yerindən bəhs edərək, gənc nəslin vətənpərvər ruhda yetişdirilməsinin əhəmiyyətini vurğulayıb. O, tədbirin təşkilinə görə sinif rəhbəri Tağıyeva Tünzaləyə və 4 T sinfinin şagirdlərinə təşəkkürünü bildirib.
Sinif rəhbəri Tağıyeva Tünzalə öz çıxışında şəhidlərimizin keçdiyi şərəfli yolun gələcək nəsillərə aşılanmasının hər bir pedaqoqun müqəddəs borcu olduğunu qeyd edib.
Anım tədbirində 4 T sinfinin şagirdləri Vətənə, torpağa və şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirib, duyğulu səhnəciklər və vətənpərvərlik kompozisiyaları təqdim ediblər.
Tədbir çərçivəsində Tağıyeva Tünzalə və 4 T sinif şagirdləri Şəhidlər xiyabanını ziyarət edərək, Azərbaycanın müstəqilliyi və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəmanlarımızın məzarları üzərinə tər qərənfillər qoyublar, onların əziz xatirəsini dərin ehtiramla anıblar.
Mətni hazırladı : Gövhər Məmmədova.
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



