Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Kişi boksçularımız Avropada tarixi uğura imza atıblar

Bolqarıstanın paytaxtı Sofiyada kişi və qadın boksçular arasında keçirilən və Azərbaycan təmsilçilərinin də iştirak etdiyi Avropa çempionatına yekun vurulub. Qeyd edək ki, baş məşqçisi Ravşan Xocayev olan Azərbaycan millisi çıxışını ikisi qızıl, biri gümüş və ikisi bürünc əyarlı olmaqla, 5 (2-1-2) medalla başa vurub. Bu nəticə isə kişi komandamıza Avropada ikinci olmaq imkanı verib. Birinci yeri Rusiya (5-2-0), üçüncü yeri isə Ukrayna 3 (1-1-1) tutub. Maraqlıdır ki, Rusiya millisinin finala yüksələn 7 boksçusundan ikisini Azərbaycan millisinin üzvləri - Sübhan Mamedov (50 kq) və Səidcəmşid Cəfərov,(75 kq) məğlub edib. Dünya və U-23 Avropa çempionu adını daşıyan Mamedov həlledici finalda rusiyalı Bair Batlayevi, Cəfərov isə şimallı qonşumuz İsmayıl Mutsolqovu məğlub edib. Təəssüflər olsun ki, finala yüksələn digər boksçumuz Nəbi İsgəndərov (70 kq) isə bu  komanda yoldaşlarından fərqli olaraq, çempionluq sevincini yaşaya bilməyib və gümüş medalla kifayətlənib.

Komandamızın aktivinə yazılan bürünc medllarsa, Amin Məmmədzadə (55 kq) ilə Məhəmməd Abbadullayevin (+90 kq) payına düşüb.

Ümumi komanda hesabında isə Azərbaycan qazandığı beş medalla 46 ölkə arasında Rusiya (7-5-3) və Türkiyədən (4-1-5) sonra üçüncü yeri tutub.

İNTİQAM Məmmədov