Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Gülnarə Vaqifqızının “Gecikmiş Görüş” romanı oxuculara təqdim olundu

Bu günlərdə qürbətdə (Almaniyada) yaşayan istedadlı yazıçı Gülnarə Vaqifqızının “Gecikmiş Görüş” adlı kitabı nəşr olunmuşdur. “CN-POLİQRAF” nəşriyyatında nəfis tərtibatla çapdan çıxan kitabın redaktoru Vahid Aslan, dizayneri isə Nuray Əsgərlidir. Kitabın adı eyni adlı romandan götürülmüşdür. 4 fəsildən ibarət olan bu romanda cərəyan edən hadisələrin əsas motivi ötən əsrin 20-ci illərində Belarusiyanın Qomel şəhərində baş verən faktlara əsaslanır. Onu da qeyd edək ki, 3 kitabdan (3 hissədən) ibarət olacaq bu triologiya “Bir nəslin unudulmayan tarixindən hadisələr” silsiləsindən olan birinci hissədir və “Gecikmiş Görüş” adlandırılır. 
Tələbəlik illərindən başlayaraq bir-birini saf duyğularla sevən iki gəncin – Aleksandrın və Veranın gözlənilməz bir hadisə nəticəsində ayrı düşməsi, uzun illər görüşə bilməyərək bir-birinin həsrətini çəkməsi, nəhayət illər sonra yenə də təsadüf nəticəsində yenidən və sonuncu dəfə görüşməsi oxucunun qəlbində dərin izlər buraxır. Romanın dili səlis və oxunaqlıdır. Bu romanı oxucu üçün maraqlı edən cəhətlərdən biri də onun fərqli xaraktelərə və cizgilərə sahib olan obrazlarla zəngin olmasıdır. 
Kitabın əvvəlində “Bu əsərdəki hadisələr 1920-ci illərdə Belarusiyanın Qomel şəhərində baş verib. Bu roman bir nəslin keçmişindən bu günə gəlib çatan həqiqi bir ailə hekayəsidir. İllər və nəsillər dəyişsə də, Qomeldə cərəyan edən bu hekayə ailə yaddaşında qorunaraq, nəsildən-nəslə ötürülərək günümüzə qədər gəlib çatıb. Görünür mənsub olduğum bir ailə şəcərəsinin həyatında baş verən bu unudulmaz hadisəni (romanı) qələmə almaq mənim qismətimə yazılıbmış” deyə, müəllif qeyd edir.  
Xatırladaq ki, yeni nəşr olunan bu kitab Gülnarə Vaqifqızının ilk kitabıdır.

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111