Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət etdi 

Sentyabrın 27-də Anım Günü ilə əlaqədar Media və Yayım Şurasının rəhbərliyi və kollektivi Zəfər parkını ziyarət edib.

44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib, Zəfər abidəsinin önünə gül dəstələri düzülüb.