"Sərhədsiz incəsənət"
Azərbaycan Rəssamlar İttifaqının Müasir İncəsənət Mərkəzində Azərbaycan Rəssamlar İttifaqı və Beynəlxalq Rəssamlar Klubunun birgə təşkil etdiyi "Sərhədsiz incəsənət" sərgisinin açılışı olub. Sərgi "Şabran-2026" Beynəlxalq İncəsənət Simpoziumunun yekun tədbiri çərçivəsində təşkil olunub. Şabranda bir həftə ərzində dünyanın hər yerindən istedadlı rəssamlar öz ideyalarını, təəssüratlarını və emosiyalarını rəsm əsərlərində əks etdirib, ideya və təcrübə mübadiləsi aparıblar.
Yekun sərgidə layihə iştirakçılarının əsərləri nümayiş olunub. Bütün bunlara, Nazim Şah (Azərbaycan), Luka Ququşvili (Gürcüstan), Daçe Strausa (Latviya), Dovilė Tomkūtė (Litva), Stasis Juraşka (Litva), Fərhad Abdi (İran), Zəhra Həbibizas (İran), Zəkəriyyə Erdinç (Türkiyə), İbrahim Vəlixocayev (Özbəkistan) və Avqust Künnapu (Estoniya) və digər əsərləri misal göstərmək olar.
Sərgini Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı və professor Fərhad Xəlilov açıb. O, simpoziumda iştirak edən rəssamları təbrik edib və onlara gələcək yaradıcılıq işlərində uğurlar arzulayıb. O, bu cür yaradıcı görüşlərin ölkələr arasında mədəni əməkdaşlıq üçün unikal bir fürsət yaratdığını vurğulayıb. Xəlilov simpoziumun nəticəsi olaraq bir çox xarici rəssamın ölkəmizə səfər etdiyini və bunun rəssamlarımızla mədəni əməkdaşlığın, yaradıcılıq əlaqələrinin qurulmasına və inkişafına mühüm töhfə verəcəyini qeyd edib. Sonda, sərgidə iştirak edən xarici rəssamlara Azərbaycan Rəssamlar İttifaqının diplomları və hədiyyələri təqdim edilib. Simpozium iştirakçıları yaradılan şəraitə görə Azərbaycan Rəssamlar İttifaqına minnətdarlıqlarını bildiriblər.
"Şabran-2026" Beynəlxalq İncəsənət Simpoziumu rəssamlar arasında canlı ünsiyyət və təcrübə mübadiləsi üçün unikal platforma təqdim edir, ölkələr arasında mədəni zənginləşməni və qarşılıqlı anlaşmanı təşviq edir.
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



