Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

ABL-da "NTD" BK "Sumqayıt"la qarşılaşacaq 

Bu gün kişi basketbol klublarının mübarizə apardığı ABL-da birinci tur çərçivəsində daha bir oyun keçiriləcək. ABF-dən verilən məlumata görə, yeni mövsümün və birinci turun ikinci oyunu olan bu matçda NTD BK ilə "Sumqayıt" BK qarşılaşacaq. Görüş saat 19:00-da Bakı İdman Sarayında başlayacaq. Yeri gəlmişkən, bir məqamı da qeyd edək ki, bu oyunda NTD BK-nın yeni transfer etdiyi 25 yaşlı amerikalı oyunçusu Cey'Kuan Yuniq ABL-da debüt matçına çıxacaq. O, ötən mövsüm öz vətəni Amerikada "Sent-Piters Pikakos" klubu da oynayıb.

Sabah saat 15:00-da isə eyni məkanda "Ordu" ilə "Gəncə" klubu üzləşəcək.

Oktyabrın 4-də keçirilməsi nəzərdə tutulan "Neftçi" - "Naxçıvan" görüşü isə təxirə salınıb. Buna səbəb "Neftçi"-nin 6 oktyabr günü FİBA Avropa Kubokunun qrup oyunları çərçivəsində Yunanıstanda yerli "Mikonos" klubunun qonağı olmasıdır.

İNTİQAM Məmmədov 

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111