Nadir Azəri:
Şuşa Bəyannaməsi Türk Dövlətləri Təşkilatının inkişafında strateji mərhələdir
02.10.2026-cı il tarixində Bakıda Gəncliyə Yardım Fondunda 3 Oktyabr – Türk Dövlətlərinin Əməkdaşlıq Gününə həsr olunmuş "Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına" mövzusunda konfrans keçirilib.
AZpress.AZ xəbər verir ki, tədbirdə çıxış edən "Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi"nin (CASCFEN) sədri, Əməkdar jurnalist Nadir Azəri mövzunun tarixi və strateji əhəmiyyətini diqqətə çatdırıb.
Nadir Azəri vurğulayıb ki, konfransın Türk Dövlətlərinin Əməkdaşlıq Gününə təsadüf etməsi rəmzi məna daşıyır və Türk dünyasının inteqrasiya proseslərinə güclü təkan verir: "Şuşa Bəyannaməsi təkcə Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətlərini ən yüksək zirvəyə qaldırmadı, aynı zamanda Türk Dövlətləri Təşkilatının güclənməsinə, regionda sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin dərinləşməsinə xidmət edən tarixi bir addım oldu".
Çıxışında rəhbərlik etdiyi CASCFEN tərəfindən həyata keçirilən layihənin məqsədlərinə də toxunan Nadir Azəri bildirib ki, əsas hədəf Türk dünyası ölkələri arasında media, mədəniyyət və ictimai əlaqələri inkişaf etdirmək, ortaq Türk kimliyini və həmrəyliyini geniş təbliğ etməkdir.
Xeyransa İsmayılova
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



