Salih Zeki Meriç:
Şuşa Bəyannaməsi bütün Türk Dünyasının inteqrasiyası üçün strateji zəmindir
Bakıda keçirilən "Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına" mövzusundakı konfrans Türk dünyasının inteqrasiya və həmrəylik tarixində mühüm mərhələlərdən birini təşkil edir. Tədbirin 3 Oktyabr – Türk Dövlətlərinin Əməkdaşlıq Gününə təsadüf etməsi bu görüşün tarixi və siyasi əhəmiyyətini daha da artırır.
Konfransda çıxış edən Türkiyə Respublikasının nümayəndəsi, tanınmış xadim Salih Zeki Meriç Türk birliyinin formalaşması və inkişafında Şuşa Bəyannaməsinin roluna xüsusi diqqət çəkmişdir. O, bildirib ki, Şuşa Bəyannaməsi təkcə Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətlərinin rəsmi təsbit olunması deyil, eyni zamanda bütün Türk Dövlətləri Təşkilatının (TDT) institusional güclənməsinə, regionda sülh, sabitlik və təhlükəsizlik mühitinin dərinləşməsinə xidmət edən tarixi bir zəmindir.
Salih Zeki Meriç qeyd etmişdir ki, müasir dövrdə Türk dövlətləri arasında hərbi, siyasi, iqtisadi və mədəni sahələrdə sıx əməkdaşlıq artıq bir zərurətə çevrilmişdir. Şuşa Bəyannaməsi ilə təməli daha da bərkiyən bu müttəfiqlik modeli TDT çərçivəsində digər qardaş ölkələr üçün də böyük inteqrasiya imkanları açır. Çıxışda həmçinin xalqlararası və ictimai-siyasi platformalarda ortaq Türk kimliyinin, mədəni irsin və həmrəyliyin geniş təbliğ edilməsinin vacibliyi önə çəkilmişdir.
Salih Zeki Meriçin çıxışı bir daha göstərdi ki, "Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına" uzanan yol Türk dünyasının geosiyasi nüfuzunu artıran və ortaq gələcəyə doğru inamla addımlamasını təmin edən strateji bir konsepsiyadır.
Xeyransa İsmayılova
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



