Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azər Allahverənov:

TDT Çərçivəsində inteqrasiya regionda davamlı sülh və təhlükəsizliyin qarantıdır

Bakıda 3 Oktyabr – Türk Dövlətlərinin Əməkdaşlıq Gününə həsr olunmuş "Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına" mövzusunda keçirilən konfransda TDT-yə üzv ölkələrin QHT Platformasının Baş katibi, Milli Məclisin deputatı Azər Allahverənov məruzə ilə çıxış etmişdir.

AZpress.AZ xəbər verir ki, Azər Allahverənov öz çıxışında Şuşa Bəyannaməsinin regional geosiyasi proseslərə təsirini və TDT çərçivəsində artan inteqrasiya imkanlarını geniş təhlil etmişdir. O, çıxışında xüsusilə əsas məqamları önə çəkmişdir: "Şuşa Bəyannaməsi yalnız Azərbaycan və Türkiyənin ikitərəfli müttəfiqlik münasibətlərinin zirvəsi deyil, eyni zamanda Türk Dövlətləri Təşkilatının ümumi strateji xəttini müəyyən edən fundamental sənəddir. Bəyannamədən irəli gələn prinsiplər Türk dünyasının təhlükəsizlik, miqrasiya, humanitar və ictimai-siyasi sahələrdə daha sıx birliyini şərtləndirir."

Azər Allahverənov vurğulamışdır ki, müasir qlobal çağırışlar fonunda Türk dövlətlərinin mülki cəmiyyət institutları və ictimai təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi böyük zərurətdir. Şuşa Bəyannaməsinin yaratdığı yeni reallıqlar TDT-yə üzv ölkələr arasında humanitar inteqrasiyanı və birgə ictimai layihələrin icrasını daha da sürətləndirir.

Yekunda nəzərə çarpdırılmışdır ki, "Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına" uzanan strateji yol Türk dünyasının vahid güc mərkəzi kimi formalaşmasında və regional sabitliyin bərqərar olunmasında həlledici rol oynayır.

Xeyransa İsmayılova

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111