Cüdoçularıın dünya çempionatı başlayır
Təmsilçilərimizin mundialdakı ilk rəqibləri bəlli olub
Oktyabrın 4-də Bakıdakı Milli Gimnastika Arenasında kişi və qadınlar arasında cüdo üzrə dünya çempionatına start veriləcək. Oktyabrın 11-dək davam edəcək mundialda ev sahibi Azərbaycan da daxil olmaqla, 93 ölkədən 622 (335 kişi, 287 qadın) cüdoçu medallar uğrunda yarışacaq. Ev sahibi olan Azərbaycan mundialda 13 çəki dərəcəsində 24 (17 kişi və 7 qadın) tatami ustası ilə təmsil olunacaq. Azərbaycan yığmasının heyətində qadınlardan Şəfəq Həmidova, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), Xədicə Qədəşova (57 kq), Hanna Zaytseva (63 kq), Südabə Ağayeva (70 kq) və Madina Kaisinova (+70 kq), kişi cüdoçulardan isə Balabəy Ağayev, Əhməd Yusifov (hər ikisi 60 kq), Turan Bayramov, Nizami İmranov, Ruslan Paşayev ( hamısı 66 kq), Hidayət Heydərov, Rəşid Məmmədəliyev ( hər ikisi 73 kq), Vüsal Qələndərzadə, Ömər Rəcəbli, Zelim Tçkayev ( hamısı 81 kq), Elcan Hacıyev, Süleyman Şükürov, Murad Fətiyev ( hamısı 90 kq), Zelim Kotsoyev (100 kq), Uşanqi Kokuari, Kənan Nəsibov və Camal Qamzatxanov ( hamısı +100 kq) yer alıb.
Yeri gəlmişkən, oktyabrın 3-də çempionatın püşkatma mərasimi keçirilib və cüdoçularımızın ilk rəqibləri bəlli olub.
Mundialın reqlamentinə uyğun olaraq, ilk 7 gündə çəkilər üzrə fərdi yarışlar keçiriləcək. Mundiala oktyabrın 11-də qarışıq komanda yarışlararı ilə yekun vurulacaq. Komanda yarışlarında 18 komanda 4 qrupda ( A, B, C və D) mübarizə aparacaq. B qrupunda yer alan Azərbaycan ilk olaraq Avstriya millisi ilə qarşılaşacaq. Millimiz qalib gəldiyi halda növbəti mərhələdə Yaponiya ilə üzləşəcək. Bu görüşü də udarsa, onda 1/4 finalda Monqolustan - Qazaxıstan cütünün qalibi ilə qarşılaşmalı olacaq. Qalib yarımfinala yüksələcək və burada A qrupunun qalibi ilə üzləşəcək.
Bir məqamı da qeyd edək ki, qadınların yarışında ən çox iştirakçı 63 kq-da (48 cüdoçu), kişilərin yarışında isə 100 kq-da (56 iştirakçı) olacaq.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



