Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Cüdoçumuz Rəşid Məmmədəliyev DÇ- də bürünc medal uğrunda görüşə çıxacaq 

Milli Gimnastika Arenasında kişi və qadın cüdoçular arasında keçirilən və Olimpiada-2028-ə lisenziya xalları verən dünya çempionatı davam edir. Mundialın oktyabrın 6-na təsadüf edən üçüncü günü daha 3 cüdoçumuz tatamiyə çıxaraq medallar uğrunda mübarizəyə qatılıb. Triomuzadan yalnız  Rəşid Məmmədəliyev (73 kq) daha inamla güləşərək bürünc medal uğrunda görüşmək imkanı qazanıb. Xatırladaq ki, 1/16 finaldan mübarizəyə qatılan cüdoçumuz startda kanadalı Castin Lemayrunu məğlub edib. Ardından iböyukbrotaniyalı İtana Nernanı üstələyərək 1/4 finala yüksəlib. Təəssüflər olsun ki, Məmmədəliyev bu mrhələdə fransalı Dayan Bulemtafe ilə bacarmayıb. Nəticədə mübarizəni təsəlliverici görüşlərlə davam etdirməli olub. Xoşbəxtlikdən, Rəşid bu görüşdə italiyalı Leonardo Valerianini üstələyərək bürünc medal uğrunda görüşə çıxmaq imkanı qazanıb. Cüdoçumuz dünya çempionatpnın bürünc medalına sahib olmaq üçün braziliyalı Danieliya Karçninanl məğlub etməyə çalışacaq.

Təəssüflər olsun ki,  Rəşidlə eyni gündə və eyni çəkidə tatamiyə çıxan digər cüdoçumuz - DÇ-224-ün, AÇ-2024-ün və Olimpiada-2024- en qalibi adını daşıyan Hidayət Heydərov isə ilk iki qələbədən sonra  çıxışını 1/8 finalda dayandırıb. 

Üçüncü gün tatamiyə çıxan daha bir təmsilçimiz - Xədicə Qədəşova (57 kq) isə çıxışını elə mübarizəyə qatıldığı 1/16 finaldaca bitirib.

Yeri gəlmişkən, geridə qalan ilk iki gündən sonra Azərbaycan millisinin aktivində bir qızıl medal var. Yeganə medalın sahibi Əhməd Yusifovdur (60 kq).

İNTİQAM Məmmədov 

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111