Ömər Çelik:
Türkiyə ilə Azərbaycan arasına girməyə çalışan bəzi ölkələr var, buna qətiyyən imkan verməyəcəyik
Türkiyə ilə Azərbaycan arasında hər hansı bir gərginliyin olub-olmaması ilə bağlı iddialara rəsmi Ankaradan aydın və qəti cavab verilib.
AZpress.AZ xəbər verir ki, AK Partiya sözçüsü Ömər Çelik iki qardaş ölkə arasındakı münasibətlərlə bağlı mühüm açıqlamalar verərək bildirib: "Azərbaycanla 'bir millət, iki dövlət' şüarına sadiqik. Prezidentimiz ilə cənab Əliyev arasında səmimi və sarsılmaz qardaşlıq münasibəti mövcuddur".
Çelik iki dövlətin birliyinə kölgə salmaq istəyən dairələrə xəbərdarlıq edərək əlavə edib: "Araya girməyə çalışan bəzi ölkələrə qətiyyən imkan verməyəcəyik. Türkiyədə sosial şəbəkələrdə Azərbaycanı hədəf alan qrupların hökumətimizlə heç bir əlaqəsi yoxdur; bu cür təxribatçı cəhdlərə də əsla göz yummarıq".
AK Partiya sözçüsü vurğulayıb ki, Bakı ilə Ankara arasındakı bağları xarakterizə edən yeganə anlayış qardaşlıqdır və hər iki ölkə eyni sarsılmaz həmrəyliklə öz yoluna qətiyyətlə davam edəcək.
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



