Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Cüdoçumuz Murad Fətiyev dünya üçüncüsü olub

Bakıda böyüklər arasında cüdo üzrə keçirilən dünya çempionatının beşinci günü də mundialla ev sahibliyi edən Azərbaycan yığması üçün uğurlu olub. Belə ki,  həmin gün mübarizəyə qatılan 4 təmsilçimizdən biri - 90 kq çəki dərəcəsində tatamiyə çıxan Murad Fətiyev daha inamla güləşərək mükafatçılar sırasında yer alıb. Cüdoçumuz çıxışını üçüncü yerdə bitirməklə, bürünc medal qazanıb. O, bürünc medal uğrunda kiçik finalda serbiyalı rəqibi Nemanya Maydovu məğlub edib. Bununla da, Azərbaycan yığmasının aktivində medalların sayı 5-ə çatıb. 

Xatırladaq ki, əvvəlki günlərdə Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Ömər Rəcəbli (81 kq) və Rəşid Məmmədəliyev (73 kq) isə bürünc medal qazanıb.

Çempionat davam edir.

İNTİQAM Məmmədov 

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111