BDU-da beynəlxalq təbiəti mühafizə təşkilatı olan DEFEND-in nümayəndələri ilə görüş +FOTO=13
Bakı Dövlət Universitetində (BDU) beynəlxalq təbiəti mühafizə təşkilatı DEFEND-in nümayəndələri Mark Hiley və Regan Hall ilə tələbələrin görüşü keçirilib
Görüşdə Azərbaycanın müxtəlif ali təhsil müəssisələrindən 280 tələbə iştirak edib.
Qonaqlar Afrikada milli parkların idarə olunması, vəhşi təbiətin qorunması, brakonyerliyə qarşı mübarizə və təbiəti mühafizə sahəsində uzun illər ərzində qazandıqları praktiki təcrübəni gənclərlə bölüşüblər.
Görüş zamanı tələbələr vəhşi təbiətin qorunması sahəsində real nümunələrlə tanış olub, onları maraqlandıran sualları Mark Hiley və Regan Hall-a ünvanlamaq imkanı əldə ediblər.
Görüş gənclərin biomüxtəlifliyin qorunması və təbiətə məsuliyyətli münasibət mövzularında məlumatlılığının artırılmasına xidmət edib.
* * *
* * *
RU:
Встреча в БГУ с представителями DEFEND
В Бакинском государственном университете (БГУ) состоялась встреча студентов с представителями международной природоохранной организации DEFEND Марком Хайли и Реганом Холлом.
Встреча прошла с участием 280 студентов из различных высших учебных заведений Азербайджана.
Гости поделились с молодежью своим многолетним практическим опытом в области управления национальными парками в Африке, защиты дикой природы, борьбы с браконьерством и охраны природы.
В ходе встречи студенты ознакомились с реальными примерами из области охраны дикой природы и получили возможность задать вопросы Марку Хайли и Регану Холлу.
Встреча послужила повышению осведомленности молодежи по вопросам сохранения биоразнообразия и ответственного отношения к природе.
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



