Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Misir Təhsil və Mədəniyyət Əlaqələri Mərkəzində peşə bayramı təntənəsi (FOTO=26)

 

09.10.2026-cı il tarixində Misir Ərəb Respublikasının əhsil və Mədəniyyət Əlaqələri Mərkəzində 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirildi.

AZpress.AZ xəbər verir ki, tədbirin açılışını tanınmış publisist-yazar Pərvanə Salmanqızı edərək qonaqları salamlayıb və günün əhəmiyyətini diqqətə çatdırıb. Ardınca Azərbaycan Respublikasının və Misir Ərəb Respublikasının Dövlət Himnləri təntənəli şəkildə səsləndirilib.

Daha sonra Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Prof.Dr.Tarek Mohammad Aboul Fotouh çıxış edərək tədbir iştirakçılarını və qonaqları səmimiyyətlə salamlayıb. O, müəllimlik peşəsinin müqəddəsliyindən söz açaraq, bu əlamətdar gün münasibətilə bütün pedaqoqları təbrik edib, onlara şərəfli və məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb. Təhsilin və mədəniyyətin iki ölkə arasında dostluq körpüsü rolunu oynadığını vurğulayan mərkəz direktoru, bu cür tədbirlərin qarşılıqlı əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırıb.

Müəllimlik peşəsi bəşəriyyətin ən alı, ən məsuliyyətli və şərəfli missiyalarından biridir. Cəmiyyətin gələcəyini formalaşdıran, fərdlərə bilik və mənəvi dəyərlər aşılayan pedaqoqların əməyi hər zaman yüksək qiymətləndirilməyə layiqdir. Bu baxımdan, Bakıda fəaliyyət göstərən Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində Beynəlxalq Müəllimlər Günü münasibətilə təşkil edilən tədbir yalnız bir peşə bayramının qeyd olunması deyil, həm də iki ölkə arasındakı mədəni-təhsil körpülərinin möhkəmlənməsinin bariz nümunəsidir.

Tədbir çərçivəsində təhsilin insan həyatındakı rolu, müəllim əməyinin cəmiyyətin inkişafındakı müstəsna yeri xüsusi vurğulanmışdır. Misir və Azərbaycan arasında tarixi köklərə söykənən dostluq və əməkdaşlıq münasibətlərinin humanitar sahədə, xüsusən də təhsil müstəvisində uğurla davam etməsi belə tədbirlərin əhəmiyyətini daha da artırır. Təhsil Mərkəzinin bu kimi təşəbbüsləri dil, mədəniyyət və elm mübadiləsini stimullaşdırmaqla yanaşı, hər iki xalqın ziyalıları arasında sıx ünsiyyət mühiti yaradır.

Tədbirdə çıxış edən natiqlər müəllimlərin gənc nəslin dünyagörüşünün formalaşmasındakı rolunu yüksək qiymətləndirmişlər. Təhsilin millətlərarası anlaşmada oynadığı rola diqqət çəkilərək, müəllimlərin təkcə bilik verən deyil, həm də sülh və mədəniyyətlərarası dialoq elçiləri olduğu bildirilib.

Sonda qeyd etmək olar ki, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində keçirilən bu tədbir pedaqoji heyətə olan dərin ehtiramın və minnətdarlığın ifadəsi olmaqla yanaşı, Azərbaycan-Misir mədəni və təhsil əlaqələrinin zənginləşməsinə növbəti dəyərli töhfə oldu. Müəllim əməyinə verilən bu yüksək qiymət gələcək nəsillərin savadlı və hərtərəfli formalaşması yolunda atılan mühüm addımdır.

Tədbirin sonunda musiqi nömrələri təqdim olunub və xoş, bədii anlar yaşanıb. İfa olunan musiqilər tədbirə xüsusi zövq qataraq, iştirakçılara xoş əhval-ruhiyyə bəxş edib və bayram təntənəsini unudulmaz təəssüratlarla yekunlaşdırıb.

Xeyransa İsmayılova,

Fotolar: Mahir Əhmədov

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111