ABL-da ikinci tura start veriləcək
Bu gün kişi basketol klublarının mübarizə apardığı ABL-da (Azərbaycan Basketbol Liqası) 2026/2027-ci illər mövsümün ikinci turuna start veriləcək. Turun start oyunu Sumqayıt Olimpiya İdman Kompleksində keçiriləcək. Yerli "Sumqayıt" klubu "Naxçıvan" klubunu qəbul edəcək. Oyun saat 19:00-da başlanacaq.
Oktyabrın 10-da saat 15:00-da isə Bakı İdman Sarayında "Landau Lions" klubu NTD ilə qarşılaşacaq.
İNTİQAM Məmmədov



