Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

“PeşəFest-2026” layihəsi Masallıda 

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin həyata keçirdiyi “PeşəFest-2026” layihəsi oktyabrın 9-da Masallıda təşkil olunub.
Masallı Rayon İcra Hakimiyyətinin qarşısındakı meydanda “Peşə öyrən, gələcəyini qur!” devizi ilə keçirilən festivalın məqsədi şagirdləri, tələbələri və onların valideynlərini əmək bazarında aktual olan peşələr barədə məlumatlandırmaq, gənclərin düzgün peşə seçiminə dəstək göstərməkdir.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev, Milli Məclisin deputatı Məşhur Məmmədov, eləcə də təşkilatçı qurumların rəhbər və əməkdaşları, dövlət və özəl təşkilatların nümayəndələri, eləcə də ictimaiyyət təmsilçiləri iştirak ediblər.
Çıxışlarda gənclərin əmək bazarının müasir tələblərinə uyğun peşələrə yiyələnməsinin, düzgün karyera istiqaməti seçməsinin və peşəyönümü xidmətlərinin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, “PeşəFest” layihəsi gənclərin aktual ixtisaslar və məşğulluq imkanları barədə məlumatlılığının artırılmasına, həmçinin regionda ixtisaslı kadr potensialının gücləndirilməsinə töhfə verir.
Festival çərçivəsində iştirakçılara 11 peşə və ixtisas üzrə məlumat təqdim olunub. Barista, bərbər, tibb bacısı və tibb qardaşı, dənizçi, əşyaların interneti (IoT) üzrə mütəxəssis, uçuş mühəndisi, geyim dizayneri, silah mühəndisi, SƏTƏM mütəxəssisi, kibertəhlükəsizlik mütəxəssisi və UI/UX dizayneri peşələrinin xüsusiyyətləri, tələb olunan bacarıqlar və karyera imkanları barədə ətraflı məlumat verilib.
Eyni zamanda, müxtəlif sahələr üzrə çalışan peşəkarlar təqdimatlarla çıxış edərək öz ixtisaslarının xüsusiyyətlərini diqqətə çatdırıb, iştirakçılara peşə seçimi ilə bağlı tövsiyələrini bölüşüblər.

 

Akif AĞAYEV
 

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111