Olimpiya çempionun fiaskosu hamını məyus edib
Son günün ümidləri bizləri sevindirə biləcəklərmi?
Oktyabrın 4-də Bakıdakı Milli Gimnastika Arenasında kişi və qadın cüdoçular arasında startı verilən cüdo üzrə dünya çempionatında fərdi yarışlar artıq finişə yaxınlaşır. Oktyabrın 9-da qafınlar 78, kişilər isə 100 kq-da mübarizə aparıblar. Ölkəmiz yalnız kişilərin yarışında cəmi bir cüdoçu ilə təmsil olunub. Bəli, Azərbaycanın bütün cüdosevərləri bu yarışda ümidini Olimpiada-2024-ün və DÇ-2024-ün qalibi adını daşıyan və 100 kq çəkidə tatamiyə çıxan Zelim Kotsoyevə dikmişdi. Hər kəs ondan yalnız və yalnız qızıl medal gözləyirdi. Çünki bu çəkinin hazırki Olimpiya çempionu məhz Zelim Kotsoyev idi. Çempionumuz mübarizəyə qatıldığı 1/32 finalda türkmənistanlı Baymırat Bajanovu, ardından Slovakiiya təmsilçisi Benyamin Matasejeni üstələyəndən sonra Zelimın çempion olacağına inam daha da artdı. Di gəl ki, Olimpiya çempionumuz bu qələbələrin ardını gətirə bilmədi. O, 1/8 finalda Rusiyanı təmsil edən erməni Arman Adamyanla bacarmadı. Bu isə azərbaycanlı cüdo həvəskarları üçün iki qat zərbə oldu. Birincisi uduzub ümidləri puça çıxardı, ikincisi isə o, erməniyə uduzdu. Erməni cüdoçu qələbədən sonra Arenada toplaşan Zelim tərəfdarlarına öz hərəkəti ilə mesaj göndərdi. O, sanki, bu jesti ilə bir növ görüş zamanı səsi Arenanı bürüyən və məğlubiyyətdən sonra isə səsi çıxmayan yerli azarkeşlərə "həəə, səsinizi eşitmirəm, noooldu?" demək istəyirdi. Ən ağır isə erməniyə paytaxtımızda belə bir imkan vermək oldu.
Oktyabrın 10-da isə fərdi yarışlara yekun vurulacaq. Həmin gün qadınlar +78, kişilər isə +100 kq çəki dərəcəsində tatamiyə çıxacaqlar. Qadınların yarışında ölkəmizi Madina Kaisinova, kişilər arasında isə Uşanqi Kokuari, Kənan Nəsibov və Camal Qamzatxanov triosu təmsil edəcək. Cüdoçularımızın hamısı 1/16 finaldan mübarizəyə qatılacaqlar.
Xatırladaq ki, geridə qalan ilk 6 gündən sonra Azərbaycan millisinin aktivində 5 (1-1-3) medal var. Bu göstərici ilə ölkəmiz medal sıralamasında 4- cü pillədə qərarlaşıb. Birinci yerdə 12 (7-2-3) medalla Yaponiya gedir. İkinci yeri 4 (2-1-1) medalı olan Gürcüstan tutur. İlk üçlüyü isə 4 (1-2-1) medalla İspaniya tamamlayıb.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



