Hindistanın Azərbaycandakı Səfirliyi hindistanlı tələbələr üçün qarşılama və inteqrasiya tədbiri təşkil edib +FOTO=4
Hindistanın Azərbaycandakı Səfirliyi 9 oktyabr 2026-cı il tarixində Bakıda Səfirlikdə Azərbaycanda ali təhsil alan hindistanlı tələbələr üçün xüsusi qarşılama və inteqrasiya tədbiri təşkil edib. Tədbirin məqsədi ölkəyə yeni gəlmiş tələbələri salamlamaq, onları Səfirliyin dəstək mexanizmləri ilə tanış etmək və hindistanlı tələbələr icması daxilində əlaqələri möhkəmləndirmək olub.
AZpress.AZ xəbər verir ki, tədbirdə Hindistandan gələrək Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində fərqli akademik proqramlar üzrə təhsil alan yeni tələbələr, eləcə də Azərbaycan Hindistanlı Tələbələr Assosiasiyasının (ISAA) əsas nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Hindistanın Azərbaycandakı səfiri Zati-aliləri cənab Abhay Kumar tələbələri Azərbaycanda səmimi-qəlbdən salamlayaraq, ölkəmizi zəngin mədəni irsə malik gözəl bir ölkə kimi səciyyələndirib. O, tələbələri təqdim olunan akademik imkanlardan maksimum yararlanmağa, təhsillərinə məsuliyyətlə yanaşmağa, eyni zamanda fiziki və psixoloji sağlamlıqlarının qayğısına qalmağa çağırıb. Səfir akademik öhdəliklərlə yanaşı, hobbilərə, şəxsi maraqlara və idmana da vaxt ayırmağın vacibliyini vurğulayıb.
Səfir tələbələrə xarici ölkədə yaşadıqları müddətdə şəxsi təhlükəsizliklərinə və rifahlarına diqqət yetirməli, yerli qanunlara hörmətlə yanaşmalı və Hindistanın qürurlu nümayəndələri kimi məsuliyyətli davranmalı olduqlarını xatırladıb. O, Azərbaycanda olduqları müddətdə hindistanlı tələbələrə mümkün olan bütün yardım və istiqamətləndirmənin göstərilməsində Səfirliyin öhdəliyini bir daha təsdiqləyib. Həmçinin tələbələri Səfirlik, digər tələbə yoldaşları və daha geniş hindistanlı diaspor icması ilə əlaqələrini qoruyub saxlamağa təşviq edib, yeni gələn tələbələrin istiqamətləndirilməsi və dəstəklənməsində yuxarı kurs tələbələrinin mühüm rolunu xüsusi qeyd edib.
Proqram çərçivəsində Səfirliyin Konsulluq şöbəsinin əməkdaşları tərəfindən xüsusi məlumatlandırma sessiyası keçirilib. Sessiya zamanı tələbələrə Səfirlikdə təqdim olunan xidmətlər, yardım və məsləhət almaq üçün mövcud müraciət kanalları, o cümlədən fövqəladə hallarda istifadə edilə biləcək əlaqə vasitələri barədə məlumat verilib. Tələbələrə zəruri hallarda əlaqə və yardımın asanlaşdırılması məqsədilə Səfirliyin qeydiyyat portalında qeydiyyatdan keçmələri də tövsiyə olunub.
Tanışlıq və ünsiyyət sessiyası yeni tələbələrə özlərini təqdim etmək, digər tələbələrlə və Azərbaycan Hindistanlı Tələbələr Assosiasiyası (ISAA) nümayəndələri ilə ünsiyyət qurmaq imkanı yaradıb. Tədbir Azərbaycan Tibb Universitetində təhsil alan yuxarı kurs tələbələrinin mədəni çıxışları ilə yekunlaşıb. Onlar yeni gələn tələbələri səmimi qarşılamaq məqsədilə Hindistanın könülləri oxşayan mahnılarını ifa ediblər.
Tədbir Səfirliyin Azərbaycanda təhsil alan hindistanlı tələbələrin və bütövlükdə hindistanlı icmanın rifahının və təhlükəsizliyinin təmin edilməsinə sadiqliyini bir daha nümayiş etdirib. Eyni zamanda, tədbir tələbələr arasında mənsubiyyət hissinin gücləndirilməsinə və onların Azərbaycan cəmiyyəti ilə səmərəli qarşılıqlı əlaqələrinin təşviqinə xidmət edib.
Hindistan və Azərbaycan arasında insanlararası əlaqələrin inkişafı üçün möhkəm zəmin yaradan çoxəsrlik mədəni və ədəbi bağlar mövcuddur. Görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin Hindistanda böyük rəğbətlə qarşılanması və Rabindranat Taqor kimi ədəbi şəxsiyyətlərin Azərbaycanda təqdir olunması xalqlarımız arasındakı qarşılıqlı mədəni yaxınlığın göstəricisidir. Təhsil sahəsində əməkdaşlıq da bu əlaqələri daha da möhkəmləndirir. Azərbaycanlı tələbələr Hindistanın Mədəni Əlaqələr Şurasının (ICCR) təqaüd proqramları və Hindistanın Texniki və İqtisadi Əməkdaşlıq Proqramı (ITEC) kimi təşəbbüsləri vasitəsilə təqdim olunan imkanlardan faydalanırlar.
Bu kimi təşəbbüslər vasitəsilə Səfirlik hindistanlı tələbələrin təhsil yolunda onlara dəstək göstərməyi, icma daxilində əlaqələri möhkəmləndirməyi, eləcə də Hindistan və Azərbaycan arasında uzun illərə söykənən təhsil və mədəniyyət əlaqələrini daha da dərinləşdirməyi hədəfləyir.
* * *
* * *
ENG:
Embassy of India in Azerbaijan Organises Welcome and Integration Event for Indian Students
The Embassy of India in Azerbaijan organised a special welcome and integration event for Indian students pursuing higher education in Azerbaijan at the Embassy premises in Baku on 9 October 2026. The event aimed to welcome newly arrived students, familiarise them with the Embassy’s support mechanisms and strengthen bonds within the Indian student community.
Fresh students from India enrolled in various academic programmes across Azerbaijan, along with key functionaries of the Indian Students’ Association of Azerbaijan (ISAA), participated in the event.
Addressing the gathering, H.E. Shri Abhay Kumar, Ambassador of India to Azerbaijan, warmly welcomed the students to Azerbaijan, describing it as a beautiful country with a rich cultural heritage. He encouraged the students to make the most of their academic opportunities while remaining committed to their studies and taking care of their physical and mental well-being. He also emphasised the importance of pursuing hobbies, interests and sports alongside academic commitments.
The Ambassador reminded the students that, while living abroad, they must remain mindful of their personal safety and well-being, respect the laws and conduct themselves responsibly as proud representatives of India. He reaffirmed the Embassy’s commitment to providing all possible assistance and guidance to Indian students during their stay in Azerbaijan. He also encouraged them to remain connected with the Embassy, their fellow students and the wider Indian diaspora, highlighting the important role of senior students in guiding and supporting newcomers.
The programme included a special session by the Embassy’s Consular team, which briefed students on the range of services available at the Embassy and the channels through which they can seek assistance and guidance, including in emergency situations. Students were also encouraged to register on the Embassy’s registration portal to facilitate communication and assistance when required.
A meet-and-greet session provided an opportunity for the freshers to introduce themselves and interact with fellow students and representatives of ISAA. The event concluded with cultural performances by senior students from Azerbaijan Medical University, who presented soulful Indian songs to warmly welcome the newcomers.
The event reaffirmed the Embassy’s commitment to the welfare and safety of Indian students and the wider Indian community in Azerbaijan, while fostering a sense of belonging and encouraging meaningful engagement with Azerbaijani society.
India and Azerbaijan share longstanding cultural and literary connections that provide a strong foundation for people-to-people exchanges. The enduring popularity of the great Azerbaijani poet Nizami Ganjavi in India and the appreciation of literary figures such as Rabindranath Tagore in Azerbaijan reflect these mutual cultural affinities. Educational cooperation further strengthens these ties, with Azerbaijani students benefiting from opportunities offered by India through programmes such as the Indian Council for Cultural Relations (ICCR) scholarships and the Indian Technical and Economic Cooperation (ITEC) programme.
Through such initiatives, the Embassy seeks to support Indian students in their academic journey, strengthen community bonds and further deepen the longstanding educational and cultural relations between India and Azerbaijan.
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



