Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Üç cüdoçumuz final blokunda güləşəcək

Uşanqi Kokuari qızıl medalın bir addımlığında 

Bakıda kişi və qadın cüdoçular arasında keçirilən dünya çempionatının 7-ci günündə fərdi yarışlara yekun vurulacaq. Fərdi yarışların son günü qadınlar +78, kişilər isə +100 çəki dərəcəsində tatamiyə çıxıblar. 

Azərbaycanı qadınların yarışında Madina Kaisinova, kişilərin yarışında isə Uşanqi Kokuari, Kənan Nəsibov və Camal Qamzatxanov triosu təmsil edib.

Maraqlıdır ki, kişi cüdoçularımız hamısı uğurla çıxış edərək mükafatçılar sırasında yer almaq şansı qazanıb. Triomuzadan Kokuari hətta finala yüksələrək dünya çempionu olmaq şansı əldə edib. O, çempionluq uğrunda həlledici final görüşündə rusiyalı cüdoçu, son dünya çempionatının qalibi olan İnal Tosoyevlə güləşəcək. Digər iki təmsilçimiz - Nəsibovla Qamzatxanov isə bürünc medal uğrunda bir-biri ilə qarşılaşacaq. Bu isə o deməkdir ki, əvvəlki günlərdə 5 (1-1-3) medal qazanan Azərbaycan yığması bu gün aktivinə daha iki medal yazdıracaq.

Təəssüflər olsun ki, fərdi yarışların son günündə mübarizəyə qatılan yeganə qadın  təmsilçimiz Kaisinova elə start görüşündəcə məğlub olub.

İNTİQAM Məmmədov 

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111