Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Cüdoçularımız ilk gündə 8 medal qazanıblar 

Oktyabrın 17-də Qazaxıstanın Aktau şəhərində kişi və qadın cüdoçular arasında Asiya Açıq Turnirinə start verilib. Azərbaycan da daxil olmaqla 7 ölkəni təmsil edən 182 tatami ustasının mübarizə apardığı ikigünlük turnirin ilk günü Azərbaycan yığması üçün uğurlu olub. ACF- dən verilən məlumata görə, turnirin ilk günü təmsilçilərimiz dördü gümüş və dördü bürünc əyarlı olmaqla 8 medal qazanıblar. Gümüş medallar yalnız həlledici finalda büdrəyən Nazir Talıbov (66 kq), Kamran Süleymanov (73 kq), Fəridə Mirzəyeva (52 kq) və Ülviyyə Bayramovanın (57 kq) aktivinə yazılıb. Bürüncləri isə çıxışını üçüncü yerdə bitirən Rəşad Yelkiyev (66 kq), Nəriman Mirzəyev, Rüfət Şövlətov ( hər ikisi 73 kq) və Gülnarə Bayramova (57 kq)  qazanıb.

Yeri gəlmişkən, Azərbaycan bu turnirə 28 (21 kişi və 7 qadın adın) cüdoçu ilə qatılıb.

İNTİQAM Məmmədov