Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Gənc cüdoçularımız Düşünbə Qran-Prisində 5 medal qazanıblar

Tacikistanın paytaxtı Düşənbədə gənc cüdoçular arasında Qran-Pri keçirilib. Turnirdə iştirak edən Azərbaycan yığması biri gümüş, dördü bürünc əyarlı olmaqla 5 (0-1-4) medal qazanıb. ACF-dən verilən məlumata görə, gümüş medal yalnız həlledici finalda büdrəyən Vüsalə Hacıyevanın (57 kq) payına düşüb. Bürünc medalları isə çıxışını üçüncü pillədə bitirən Xədicə Qədəşova (57 kq), Hanna Zaytseva (63 kq), Əli Qazıməmmədov (90 kq) və Davud Namazlı (100 kq) qazanıb.

İNTİQAM Məmmədov