Gənc cüdoçularımız AÇ-da iştirak edəcəklər
Oktyabrın 3-dən noyabrın 1-dək İtaliyanın Neapol şəhərində 23 yaşlı (U-23) cüdoçuların Avropa çempionatı keçiriləcək. Üç gün davam edəcək bu çempionatda Azərbaycan da daxil olmaqla, 36 ölkədən 284 cüdoçu medallar uğrunda yarışacaq. ACF-dən verilən məlumata görə, ölkəmiz sözügedən çempionatda 5 müxtəlif çəki dərəcəsində 8 cüdoçu ilə təmsil olunacaq. Bu dəkkizlikdə isə Murad Muradlı, Babarəhim Mirzəyev (hər ikisi 60 kq), Nizami İmranov, İslam Rəhimov (hər ikisi 66 kq), Əbil Yusubov, Mehdi Cəfərov (hər ikisi 73 kq), Əjdər Bağırov (100 kq) və Bakıda böyüklər arasında keçirilən son dünya çempionatının bürünc mükafatçısı olan Kənan Nəsibov (+100 kq) yer alıb.
Komanda bu yarışa əsas millinin baş məşqçisi Riçard Trautman, böyük məşqçi Elxan Məmmədov və məşqçi Bdülhəqq Rəsulunun rəhbərliyi altında qatılacaq.
İNTİQAM Məmmədov



