"DH Volley" qadın voleybol klubumuz Avrokuboka qələbəylə başlayıb
Oktyabrın 27-də qadın voleybol klubları arasında Avrokubok yarışlarının ÇEV Çelenc Kuboku turnirində 1/32 final mərhələnin ilk oyunları keçirilib. Ölkəmizi bu turnirdə təmsil edən "DH Volley" klubu həmin gün Danimarkanın Holte şəhərində yerli "Holte İF" klubunun qonağı olub. Görüş təmsilçimizin 1:3 (14:25, 24:26, 25:22, 22:25) hesablı qələbəsi ilə bitib.
Cavab oyunu noyabrın 5-də Bakıda keçiriləcək.
İNTİQAM Məmmədov



