Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Cüdo yığmamız BƏƏ-də BD-yə 3 medalla başlayıb 

Oktyabrın 29-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu-Dabidə kişi və adın cüdoçular arasında reytinq xarakterli "Böyük Dəbilqə" turnirinə start verilib. Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən bu turnirin start günü Azərbaycan yığması üçün uğurlu olub. Belə ki, yığmamızın üzvləri ilk gündə ikisi ızıl, biri bürünc əyarlı olmaqla üç medal qazanıblar. Qızıl medallar bütün görüşlərini qələbə ilə başa vuran Könül Əliyeva (48 kq) və Balabəy Ağayevin (60 kq), bürünc isə çıxışını üçüncü yerdə bitirən Rəşad Yelkiyevin (66 kq) aktivinə yazılıb. 

Yeri gəlmişkən, Könül Əliyeva bu uğuru ilə Azərbaycan cüdo tarixinə yeni səhifə yazıb. O, öz karyerasında ilk dəfə "Böyük Dəbilqə"nin qalibi olmaqla yanaşı, həm də bu uğura imza atan ilk azərbaycanlı qadın cüdoçu olub.

İNTİQAM Məmmədov