"Gəncə" BK da Avrokubokda ilk qələbəsini qazanıb
Oktyabrın 29-da kişi basketbol klublarının mübarizə apardığı FİBA Avropa Kubokunun qrup oyunları çərçivəsində sayca dördüncü olan növbəti turun bir neçə oyunu keçirilib. Ölkəmizi bu turnirdə təmsil edən daha bir klubumuz turu qələbə ilə başa vurmağı bacarıb. Söhbət Gəncə Olimpiya İdman Kompleksində "Sporting CP" (Portuqaliya) klubu üzərində qələbə çalan "Gəncə" klubundan gedir - 69:67 (20:18, 18:15, 16:14, 15:2). Bununla da "Gəncə" BK da ölkəmizi bu turnirdə təmsil edən "Landau Lions" klubu kimi turnirin qrup mərhələsində ilk qələbəsini qazanıb. Maraqlıdır ki, oktyabr ayının son günlərində Çempionlar liqasında çıxış edən "Sabah" da qrup mərhələsində ilk qələbə sevincini yaşayıb.
Təəssüflər olsun ki, Avrokubokda (FİBA Avropa Kuboku) ölkəmizi təmsil edən "Neftçi" isə dördüncü turda da məğlub olraraq, uğusuzluq zolağından çıxa bilməyib.
Yeri gəlmişkən, "Gəncə" BK növbəti matçını noyabrın 4-də Rumıniyanın Krayova şəhərində yerli "SCM Universitatea Craiova" klubuna qarşı keçirəcək.
İNTİQAM Məmmədov



