Super Liqada ikinci tura yekun vurulub
Kişi voleybolçulardan ibarət klubların mübarizə apardığı Azərbaycan Super Liqasında 226/2027-ci illər mövsümünün ikinci turuna yekun vurulub. AVF-dən verilən məlumata görə, hesabat turunun son matçında "Murov Az Terminal"la "Gənclər" klubu qarşılaşıb. GİN-in Voleybol Mərkəzində baş tutan görüşdə birinci quru hesablı qələbə qazanıb - 3:0 (25:8, 25:16, 25:1).
Turun bir gün əvvəl keçirilən oyunlarında isə "Xilasedici" klubu "AZERRAİL"i, "Ordu" isə "Neftçi"-ni eyni hesabla məğlub edib - 3:0.
İNTİQAM Məmmədov



