Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Güləşçimiz Arsney Djioyev DÇ-nin finlında 

Qazaxıstanın paytaxtı Astanadakı "Barıs Arena"da kişi və qadın güləşçilər arasında keçirilən və Azərbaycan təmsilçilərinin də iştirak etdiyi dünya çempionatı davam edir. Mundialın yeddinci günü çəkisi 61, 70, 86 və 125 kq olan sərbəst güləşçilər mübarizəyə qatılıblar. Bu şəkillərdə ölkəmizi müvafiq olaraq Nurəddin Novruzov, Kənan Heybətov, Arsney Djioyev və 2 qat Avropa çempionu, iki dəfə dünya ikincisi olan Giorgi Meşvildişvil təmsil edib. 

Dördüyümüz arasında Djioyev daha inamla güləşərək finala yüksəlib. Startda Bəhreyn, ardından Hindistan, Yunanıstan, yarımfinalda isə Gürcüstan təmsilçisini məğlub edən Djioyev oktyabrın 31-də həlledici finalda amerikalı, 2 qat Olimpiya mükafatçısı və 4 üst dünya çempionu adını daşıyan Kayl Deyklə güləşəcək.

Daha bir təmsilçimiz - Meşvildişvili isə yarımfinalda Rusiya təmsilçisi Abdulla Kurbanova uduzaraq, çempionluq şansını itirib. O, 31 oktyabrda bürünc medal uğrunda görüşə çıxacaq.

Təəssüflər olsun ki, eyni gündə mübarizəyə qatılan həmyerlilərimiz - Nurəddin Novruzov və Kənan Heybətov isə erkən mübarizəni dayandırıb.

İNTİQAM Məmmədov