Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Avstriyada Azərbaycan alimlərinin məqalələri əsas gətirilərək beynəlxalq konqresin keçirilməsinə maneə yaradılıb

29-30 oktyabr 2026-cı il tarixlərində Avstriyanın Linz şəhərində, Johannes Kepler Universitetində keçirilməsi planlaşdırılan VI Beynəlxalq “Elm Diplomatiyası: Avstriya-Balkanlar-Anadolu-Qafqaz-Türküstan” Konqresinin universitetdə keçirilməsi ləğv edilib.

Konqres təşkilatçılarının bildirdiyinə görə, erməni icma və kilsə dairələrinin etirazlarından sonra universitet rəhbərliyi bu qərarı qəbul edib. Etirazlarda Azərbaycan alimlərinin elmi məqalələri və konkret tədqiqatçılar hədəf göstərilərək tədbirin ləğvinə əsas kimi təqdim olunub.

Halbuki konqresin elmi proqramında Ermənistan, Qarabağ münaqişəsi və Azərbaycan–Ermənistan münasibətləri ilə bağlı hər hansı birbaşa məruzə nəzərdə tutulmayıb.

Təşkilatçılar hesab edirlər ki, Azərbaycan alimlərinin məqalələrinin əsas gətirilməsi və konkret tədqiqatçıların hədəfə alınması akademik azadlıq, elmi müstəqillik və alimlərə bərabər münasibət prinsipləri baxımından ciddi narahatlıq doğurur.

Hadisə Azərbaycanla yanaşı, Türkiyə, Albaniya və digər ölkələrdən gəlmiş alimlərin də elmi fəaliyyətinə və səfər proqramına mənfi təsir göstərib.

Yaranmış maneələrə baxmayaraq, beynəlxalq konqres Linz şəhərində alternativ məkanda fəaliyyətini davam etdirib.

Hadisə ilə bağlı müvafiq akt tərtib edilib, Johannes Kepler Universitetinin rəhbərliyinə rəsmi müraciət ünvanlanıb. Məsələ Azərbaycanın Avstriyadakı Səfirliyinin və aidiyyəti dövlət qurumlarının diqqətinə çatdırılıb.

VI Beynəlxalq Konqresin Təşkilat Komitəsi

30 oktyabr 2026-cı il, Linz, Avstriya

 

Erməni sosial media linkləri: 

https://www.instagram.com/p/DfAjvQLoDRZ

https://www.instagram.com/p/DfFFP9fouyq

 

Bəyənatımızın linki: 

https://www.facebook.com/fariskhalilli/posts/pfbid02KBX8sPHnz2vE8CBkDMBRQyoJ2oTip3S5W6hf2xqUeooBtMsEieJUsAs9NVskQgsjl

https://www.facebook.com/fariskhalilli/posts/pfbid0zgkRaaXdcBvMWynSBsXGxqZLTtkBwJPa7EsGTsRrkYLv6MLFkQCTmbjATDGJf5Qgl