U-16 voleybol millilərimiz EEVZA-çempionatında yarışacaqlar
19-22 noyabr aralığında 16 yaşlı (U-16) oğlanlar və qızlar arasında voleybol üzrə EEVZA (Şərqi Avropa Voleybol Zonal Assosiasiyası) çempionatı keçiriləcək. Bu yarışda Azərbaycanın həm oğlanlardan, həm də qızlardan ibarət U-16 millisi iştirak edəck. AVF-dən verilən məlumata görə, oğlanlardan ibarət yığma komandaların yarışı Litvanın paytaxtı Riqada keçiriləcək. Millimiz turnirin B qrupunda Latviya (19 noyabr, saat 18:00) və Finlandiya (20 noyabr, saat 18:00) komandası ilə qarşılaşacaq. Turnirin A qrupunda isə Polşa, Estoniya və Ukrayna mübarizə aparacaq.
Qızlardan ibarət yığma komandamız isə analoji yarışı isə Estoniyanın Kaariku şəhərində baş tutacaq. Millimiz turnirin B qrupunda Estoniya (19 noyabr, 19:0), Ukrayna (20 noyabr, saat 16:00) və Litva (21 noyabr saat 19:00) millisi ilə qarşılaşacaq. Çempionatın A qrupunda isə Polşa, Gürcüstan və Finlandiya komandası yer alıb.
Reqlamentə görə, qrup oyunları baş çatandan sonra, qruplarda müvafiq yerləri tutan komandalar noyabrın 22-də aşağıdakı kimi bir-biri ilə qarşılaşacaq və bununla da yerlər müəyyənləşəcək.
A1 - B1;
A2 - B2;
A3 - B3.
Hər iki turnirin qalibi olan komanda Avro-2027-nin final mərhələsində iştirak etmək hüququ qazanacaq.
İNTİQAM Məmmədov



