Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Misir və Azərbaycan mədəni körpüsü: Prof.Dr.Tarek M. Aboul-Fotouh ilə MÜSAHİBƏ (VİDEO/FOTO=9)

Azərbaycan və Misir Ərəb Respublikası arasında kökləri tarixin dərinliklərinə dayanan zəngin dostluq və əməkdaşlıq əlaqələri mövcuddur. Hər iki ölkəni birləşdirən ortaq mənəvi dəyərlər, zəngin mədəni irs və qarşılıqlı hörmət bu münasibətlərin möhkəm təməlini təşkil edir.

Müasir dövrdə iki dövlət arasında diplomatik əlaqələrin qurulması ilə əməkdaşlıq yeni bir mərhələyə qədəm qoymuşdur. Azərbaycan və Misir beynəlxalq təşkilatlarda, o cümlədən Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatında bir-birinin suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləyirlər. Yüksək səviyyəli rəsmi səfərlər, imzalanan müqavilələr və həyata keçirilən birgə layihələr siyasi, iqtisadi və mədəni sahələrdə tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edir.

Mədəni-hümanitar sahədəki sıx əlaqələr iki xalqı bir-birinə daha da yaxınlaşdırır. Misirdə Azərbaycan mədəniyyətinin, Azərbaycanda isə Misir tarixinin və ərəb dilinin öyrənilməsinə verilən önəm bu dostluğun bariz nümunəsidir. 

Azərbaycan ilə Misir Ərəb Respublikası arasındakı dostluq və tərəfdaşlıq münasibətləri mədəniyyət və elm sahələrində uğurla inkişaf etməkdədir. Bu əməkdaşlığın inkişafında və iki xalqın bir-birini daha yaxından tanımasında Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müstəsna rolunu xüsusi qeyd etmək lazımdır.

Mərkəzin müdiri Prof.Dr. Tarek M. Aboul-Fotouh-un AZpress.AZ Video-Foto İnformasiya Agentliyinə verdiyi müsahibə iki ölkə arasında mövcud olan sıx mədəni və elmi tellərin daha bir bariz təcəssümüdür. Prof. Dr. Tarek M. Aboul-Fotouh öz fəaliyyəti və dəyərli fikir mübadilələri ilə təhsil mübadiləsi, dil tədrisi və birgə mədəni layihələrin əhəmiyyətini ön plana çəkir. Misir Mədəniyyət Mərkəzinin təşəbbüsləri yalnız dil və sənət mübadiləsini təmin etmir, həm də gənclər və akademik dairələr arasında canlı ünsiyyət platforması yaradır.

Bu cür müsahibələr və mütəmadi mədəni tədbirlər göstərir ki, coğrafi məsafədən asılı olmayaraq, Azərbaycan və Misiri birləşdirən ortaq mənəvi dəyərlər, zəngin tarix və qarşılıqlı hörmət hər iki dövlətin gələcək birgə uğurlarının etibarlı zəminidir.

Müsahibəni apardı: Xeyransa İsmayılova

Video: S.Rasim

AZpress.AZ.


https://youtu.be/Q5LP8MXWeY4