Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Ordu" Super Liqada ardıcıl üçüncü qələbəsini qazanıb 

Kişi voleybolçulardan ibarət klubların mübarizə apardığı Azərbaycan çempionatının Super Liqasında 2026/2027--ci illər mövsümünün üçüncü turuna start verilib. Turun ilk oyunu bu gün GİN-in Voleybol Mərkəzində "AZERRAİL" ilə "Ordu" klubu arasında olub. Nominal ev sahibi birinci olsa da qarşılaşma ikincinin quru hesablı qələbəsi ilə başa çatıb - 0:3 (19:25, 14:25, 24:26). Bununla da "Ordu" klubu cari mövsümdə qələbə seriyasını davam etdirib. 

Turun digər oyunları noyabrın 6-da keçiriləcək. Saat 17:00-da Abşeron OİK-də "Gənclər" klubu "Xilasedici" ilə, saat 18:0-da isə  GİN-in Voleybol Mərkəzində "Murov Az Terminal" klubu "Neftçi"ylə qarşılaşacaq.

İNTİQAM Məmmədov