Tatami ustalarımız Zaqreb Qran-Prisinə qatılacaqlar
13-15 noyabr günlərində Xorvatiyanın paytaxtı Zaqrebdə böyüklər arasında cüdo üzrə reytinq xarakterli Qran-Pri keçiriləcək. Üç gün davam edəcək bu turnirdə Azərbaycandan olan tatami ustaları da mübarizə aparacaqlar.
ACF-dən verilən məlumata görə, Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən bu turnirdə Azərbaycan 9 çəki dərəcəsində 12 (9 kişi və 3 adın) cüdoçu ilə təmsil olunacaq.
Kişilərin yarışında ölkəmizin idman şərəfini böyük məşqçi Elxan Məmmədov və məşqçi Robert Kravçukun rəhbərliyi altında Murad Muradlı (60 kq), Turan Bayramov, Nizami İmranov (hər ikisi 66 kq), Nəriman Mirzəyev, Rüfət Şövlətov (hər ikisi 73 kq), Vüqar Talıbov (90 kq), Uşanqi Kokuari və Kənan Nəsibov ( hər ikisi (+100 kq) qoruyacaq.
Baş məşqçisi Amina Abdellaitfova olan qadın yığmamızın heyətinə isə Gültac Məmmədəliyeva (52 kq), Südabə Ağayeva (70 kq) və Madina Kaisinova triosu cəlb edilib.
İNTİQAM Məmmədov



