Hindarx qəsəbəsində “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” adlı tədbir keçirilib +FOTO=25
Hindarx qəsəbəsində “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” adlı tədbir keçirilib.
AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, 4 noyabr 2026-cı il tarixində Ağcabədi rayon Hindarx qəsəbə E. İsmayılov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” adlı tədbir keçirilib.
Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, N saylı hərbi hissənin komandir müavini, Vətən müharibəsi iştirakçısı, “Qarabağ” ordenli polkovnik-leytenant Vüqar Məlikov, antiterror şəhidi leytenant Röyal Məmmədovun atası Asif Məmmədov, şəhid ataları Əhmədəli Hüseynov və Nuralı Əliyev, məktəbin direktoru Rauf Rəhimov, tarix müəllimi Zülfiyyə Mehrəliyeva, Vətən müharibəsi qazisi Vüsal Ələkbərov və məktəbin 11-ci sinif şagirdi İsa Əsgərov çıxış ediblər.
Çıxışlarda Vətən müharibəsində qəhrəmanlıq göstərmiş Azərbaycan əsgər və zabitlərinin şücaətindən, onların torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda göstərdikləri fədakarlıqlardan bəhs olunub. Şəhid valideynləri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Tədbirdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyi vurğulanıb, şəhidlərin daim ehtiramla yad edildiyi və onların xatirəsinin hər zaman yaşadıldığı qeyd olunub.
Sonda Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edərək Azərbaycanın ərazi bütövlüyünün qorunmasının dövlətimizin əsas prioritetlərindən olduğunu, ölkəmizin regionun ən güclü dövlətlərindən biri kimi hər zaman öz ərazilərini qorumağa qadir olduğunu bildirib.



