Abhay Kumar:
Yarım milyard insanın həyatında dönüş: Hindistanın hamı üçün rifaha doğru möhtəşəm inkişaf yolu
Hindistanın Azərbaycan Respublikasındakı səfiri Zati-aliləri Abhay Kumarın yazısı
XXI əsrin ən mühüm sosial transformasiyalarından birini təcəssüm etdirən əlamətdar inkişaf nəticəsində, Dünya Bankının 2026-cı ilin oktyabr ayında dərc olunmuş Hindistan üzrə Yoxsulluq və Bərabərlik Hesabatına əsasən, Hindistan 2011–2023-cü illər ərzində təxminən 496 milyon insanı yoxsulluqdan xilas etmişdir. Təxminən yarım milyard insanı əhatə edən bu nailiyyət dünyada yoxsulluğun ən sürətli azaldılması nümunələrindən biridir. Hindistan əhalisinin gündəlik 4,20 ABŞ dolları (2021-ci ilin alıcılıq qabiliyyəti paritetinə əsasən) səviyyəsində müəyyən edilmiş aşağı orta gəlirli ölkələr üçün yoxsulluq həddindən aşağı yaşayan hissəsinin payı 2011-ci ildəki 57,7 faizdən 2023-cü ildə 16,1 faizə qədər kəskin şəkildə azalmışdır. Daha diqqətəlayiq nəticə isə gündəlik 3 ABŞ dolları səviyyəsində ölçülən ifrat yoxsulluğun eyni dövr ərzində 27,1 faizdən cəmi 2,6 faizə enməsidir. Dünya Bankı bu tərəqqini “dünyada yoxsulluğun ən sürətli azalma göstəricilərindən biri” kimi səciyyələndirərək, Hindistanın yoxsulluğun həm pul gəlirləri, həm də qeyri-monetar aspektləri baxımından əldə etdiyi mühüm irəliləyişi xüsusi qeyd etmişdir. Bu rəqəmlər sadəcə iqtisadi göstəricilərdən daha böyük məna daşıyır: onlar yüz milyonlarla sadə hindistanlının həyatında, imkanlarında və gələcəyə dair arzularında baş vermiş misilsiz dəyişiklikləri əks etdirir.
Bu nailiyyəti Hindistanın miqyası və müxtəlifliyi kontekstində dəyərləndirmək lazımdır. Əhalisi 1,4 milyard nəfəri ötən ölkə olduqca fərqli coğrafi, sosial və iqtisadi şəraitdə yoxsulluqla mübarizə aparmalı olmuşdur. Bu transformasiyanı xüsusilə əlamətdar edən məqam ondan ibarətdir ki, proses davamlı iqtisadi artım, demokratik idarəçilik və genişmiqyaslı infrastruktur inkişafı proqramı ilə paralel həyata keçirilmişdir. Bu uğur iqtisadi siyasətin mərkəzində vətəndaşların rifahını tutan, iqtisadi artımı məqsədyönlü tədbirlərlə birləşdirərək onun faydalarının ən çox ehtiyacı olan insanlara çatmasını təmin edən inkişaf fəlsəfəsinin nəticəsidir.
Bu transformasiyanın əsas amillərindən biri maliyyə inklüzivliyini, rəqəmsal imkanların genişləndirilməsini və məqsədyönlü sosial dəstəyi birləşdirən geniş sosial müdafiə sisteminin yaradılması olmuşdur. “Pradhan Mantri Jan Dhan Yojana” proqramı milyonlarla insanı rəsmi bank sisteminə cəlb etmiş, "Aadhaar" rəqəmsal identifikasiya sistemi və mobil rabitə imkanları ilə dəstəklənən Birbaşa Müavinət Köçürməsi (Direct Benefit Transfer – DBT) mexanizmi isə sosial yardımların birbaşa benefisiarlara çatdırılmasını təmin etmişdir. “Digital India” təşəbbüsü dövlət və maliyyə xidmətlərinə çıxışı daha da genişləndirmişdir. “Pradhan Mantri Ujjwala Yojana” proqramı aztəminatlı ailələrə 105 milyondan çox mayeləşdirilmiş neft qazı (LPG) bağlantısı təqdim etmiş, “Saubhagya” proqramı isə ev təsərrüfatlarının elektrik enerjisi ilə təmin edilməsini sürətləndirmişdir. Səhiyyə sahəsində “Ayushman Bharat” proqramı uyğunluq meyarlarına cavab verən ailələrə ildə təxminən 5 300 ABŞ dolları məbləğində tibbi sığorta təminatı təqdim edir, “Janaushadhi” təşəbbüsü isə münasib qiymətə generik dərmanların əldə edilməsini asanlaşdırır. Fermerlər “Pradhan Mantri Fasal Bima Yojana” proqramı çərçivəsində məhsul sığortasından və “PM-KISAN” vasitəsilə gəlir dəstəyindən yararlanır, “PM SVANidhi” proqramı isə küçə satıcılarına dövriyyə kapitalı kreditləri təqdim edir. Ərzaq təhlükəsizliyi proqramlarının genişləndirilməsi də həssas ailələrin müdafiəsini gücləndirmişdir. Bu təşəbbüslər ailələrin əsas ehtiyaclara çəkdiyi xərcləri azaltmış, dolanışıq imkanlarını möhkəmləndirmiş və onlara vəsaitlərini təhsilə, qidalanmaya və daha yaxşı həyat şəraitinə yönəltmək imkanı yaratmışdır. 2017–2023-cü illər ərzində məşğul əhalinin sayı da təxminən 134 milyon nəfər artmış, qadınların ödənişli əmək fəaliyyətində iştirakı genişlənmişdir. Dünya Bankının qeyd etdiyi kimi, istehlakın güclü artımı, məşğulluğun yüksəlməsi və sosial ödənişlərin genişləndirilməsi Hindistanda yoxsulluğun azaldılmasının əsas hərəkətverici qüvvələri olmuşdur. Hindistanın təcrübəsi Qlobal Cənub ölkələri üçün mühüm dərslər təqdim edir və iqtisadi artımın, rəqəmsal ictimai infrastrukturun və inklüziv sosial siyasətin ümumi rifahın yüksəldilməsi və qlobal yoxsulluğun azaldılması istiqamətində necə birgə fəaliyyət göstərə biləcəyini nümayiş etdirir.
Bu nailiyyətin miqyasını təsəvvür etmək belə çətindir. Aşağı orta gəlirli ölkələr üçün müəyyən edilmiş yoxsulluq həddini aşmış 496 milyon insanın sayı təxminən ABŞ və Rusiyanın ümumi əhalisinə bərabərdir. Başqa sözlə, cəmi on iki il ərzində Hindistan əhalisi iki böyük ölkənin əhalisinə bərabər olan bir kütləyə mühüm yoxsulluq həddini aşmaq imkanı yaratmışdır. Bu, istənilən ölkə üçün fövqəladə nailiyyət olardı, lakin Hindistan kimi nəhəng əraziyə, böyük müxtəlifliyə və mürəkkəb inkişaf çağırışlarına malik bir ölkə üçün xüsusilə əlamətdardır. Bu rəqəmin arxasında ərzaq məhsullarına, səhiyyə xidmətlərinə, elektrik enerjisinə, təmiz bişirmə yanacağına, maliyyə xidmətlərinə və uşaqları üçün daha yaxşı imkanlara çıxışı yaxşılaşmış milyonlarla ailənin hekayəsi dayanır. Hər bir rəqəm daha ləyaqətli həyat, daha yüksək maliyyə təminatına malik ailə və daha geniş arzularla böyüyən nəsil deməkdir. Dünya Bankının hesabatında təqdim olunan nəticələrin əsl əhəmiyyətini məhz bu insani ölçü müəyyən edir.
Bununla yanaşı, Hindistan bu inkişaf yolunun hələ başa çatmadığını da yaxşı dərk edir. Dünya Bankının hesabatında davamlı diqqət tələb edən mühüm çağırışlar da qeyd olunur. Yoxsulluq getdikcə Uttar-Pradeşdən Qərbi Benqala qədər uzanan coğrafi zolaqda cəmləşir və ölkədə yoxsulluq şəraitində yaşayan əhalinin qalan hissəsinin təxminən 57 faizini əhatə edir. Kənd yerlərində yoxsulluq səviyyəsi şəhərlərlə müqayisədə hələ də yüksəkdir. Əməkhaqqı fərqləri və gənclər arasında işsizlik də diqqət tələb edən məsələlər olaraq qalır. Hesabatda qeyd olunur ki, 2023-cü ildə işçilərin ən yüksək gəlir əldə edən 10 faizinin median qazancı ən aşağı gəlirli 10 faizin qazancından təxminən 13 dəfə çox olmuşdur. Bu reallıqlar daha məhsuldar məşğulluq imkanlarının yaradılmasının, kənd iqtisadiyyatının gücləndirilməsinin, təhsil və peşə bacarıqlarının inkişafı imkanlarının genişləndirilməsinin, eləcə də iqtisadi artımın faydalarının cəmiyyətin bütün regionlarına və təbəqələrinə çatdırılmasının zəruriliyini göstərir. Hindistan Hökuməti ən yoxsul və sosial baxımdan ən həssas təbəqələrin rifahının yüksəldilməsini nəzərdə tutan “Antyodaya” prinsipini və növbədə ən sonuncu dayanan insana belə çatmaq məqsədini rəhbər tutur. Məqsəd yalnız insanları yoxsulluq həddindən yuxarı qaldırmaq deyil, həm də onların təhlükəsiz, ləyaqətli və ümidlərlə dolu həyat sürmələrinə şərait yaratmaqdır.
Bu transformasiya Hindistanın qlobal iqtisadiyyatda mövqeyi baxımından da böyük əhəmiyyət daşıyır. Yüz milyonlarla insanı yoxsulluqdan çıxarmış ölkə eyni zamanda dünyanın ən böyük və sürətlə genişlənən istehlak bazarlarından birini, getdikcə daha ixtisaslı və məhsuldar işçi qüvvəsini formalaşdırır. Ailə təsərrüfatlarının alıcılıq qabiliyyətinin yüksəlməsi, daxili tələbatın artması, orta təbəqənin genişlənməsi, böyük insan kapitalı potensialı, eləcə də rəqəmsal və fiziki infrastrukturun sürətlə təkmilləşməsi Hindistanı beynəlxalq ticarət, investisiya və biznes tərəfdaşlıqları üçün getdikcə daha cəlbedici məkana çevirir. Qlobal iqtisadiyyatın geosiyasi qeyri-müəyyənliklər, ticarət sahəsində pozuntular və ümumi iqtisadi artım tempinin zəifləməsi ilə üzləşdiyi bir dövrdə Hindistanın iqtisadi artım dinamikası yüksək səviyyədə qalır. Dünya Bankının 2026-cı ilin oktyabr ayında dərc olunmuş Hindistanın İqtisadi İnkişafına dair Yenilənmiş Hesabatına əsasən, Hindistan iqtisadiyyatının 2026–2027-ci maliyyə ilində 7,1 faiz artacağı proqnozlaşdırılır. Bu göstərici ölkənin dünyanın ən sürətlə inkişaf edən iri iqtisadiyyatlarından biri kimi mövqeyini bir daha möhkəmləndirir. Bu dayanıqlılıq güclü daxili tələbat, investisiyalar, sənaye və xidmət sektorlarının artan töhfəsi ilə dəstəklənir. Beləliklə, Hindistanda yoxsulluğun azaldılması və iqtisadi artım bir-birini qarşılıqlı şəkildə gücləndirir: rifahın yüksəlməsi inklüziv inkişaf üçün yeni imkanlar yaradır, getdikcə daha firavan və iqtisadi baxımdan güclənən əhali isə iqtisadi artımın əsaslarını möhkəmləndirir.
Yoxsulluqdan rifaha doğru yol, əslində, insan ləyaqətinə, imkanlara və ümidə aparan yoldur. Hindistanın 496 milyon insanı yoxsulluqdan çıxarması tarixi əhəmiyyət daşıyan mühüm mərhələdir, lakin bu, son hədəf deyil. Ölkə “Viksit Bharat” – 2047-ci ilədək inkişaf etmiş Hindistan vizyonuna doğru irəliləyərkən inkişafın inklüziv olmasını, imkanların hər kəs üçün əlçatanlığını və heç bir vətəndaşın geridə qalmamasını təmin etməyə sadiq qalır. Tərəqqinin əsl ölçüsü yalnız yoxsulluq həddini aşmış insanların sayı ilə deyil, həm də gələcək nəsillər üçün yaradılan imkanlarla müəyyən ediləcəkdir. Hindistanın məqsədi aydındır: hər bir insanın öz potensialını reallaşdırmaq üçün lazımi imkanlara malik olduğu və iqtisadi tərəqqinin hamı üçün ümumi rifaha çevrildiyi bir ölkə qurmaq. Hindistanın inkişaf yolunun vədi məhz budur. Bu vəd isə ölkə sərhədlərini aşaraq daha geniş dünya üçün ümid və ilham mənbəyinə çevrilir.
* * *
* * *
ENG:
Half a Billion Lives Transformed: India’s Remarkable Journey to prosperity for all
By H.E. Shri Abhay Kumar, Ambassador of India to Azerbaijan
In a remarkable development that represents one of the most significant social transformations of the twenty-first century, India has lifted an estimated 496 million people out of poverty between 2011 and 2023, according to the World Bank's India Poverty and Equity Brief, October 2026. This achievement, involving nearly half a billion people, marks one of the fastest reductions in poverty recorded anywhere in the world. The proportion of India's population living below the lower-middle-income poverty line of US$4.20 a day (at 2021 purchasing power parity) declined dramatically from 57.7 per cent in 2011 to 16.1 per cent in 2023. Even more striking has been the decline in extreme poverty, measured at US$3 a day, which fell from 27.1 per cent to just 2.6 per cent over the same period. The World Bank has described this progress as "one of the fastest poverty declines in the world", recognising India's remarkable advancement across both monetary and non-monetary dimensions of poverty. These figures represent far more than an economic statistic: they reflect an extraordinary transformation in the lives, opportunities and aspirations of hundreds of millions of ordinary Indians.
The achievement must be understood in the context of the scale and diversity of India. With a population exceeding 1.4 billion, the country has had to address poverty across vastly different geographical, social and economic conditions. What makes this transformation particularly noteworthy is that it has been pursued alongside sustained economic expansion, democratic governance and an ambitious programme of infrastructure development. It is the outcome of a development philosophy that places the welfare of citizens at the centre of economic policymaking, combining growth with targeted interventions to ensure that its benefits reach those who need them most.
A crucial factor behind this transformation has been the creation of an extensive social protection architecture combining financial inclusion, digital empowerment and targeted welfare delivery. The Pradhan Mantri Jan Dhan Yojana brought millions into the formal banking system, while Direct Benefit Transfer, supported by Aadhaar and mobile connectivity, ensured that welfare assistance reached beneficiaries directly. Digital India further expanded access to public and financial services. The Pradhan Mantri Ujjwala Yojana provided over 105 million LPG connections to disadvantaged households, while the Saubhagya scheme accelerated household electrification. In healthcare, Ayushman Bharat provides eligible families with annual health cover of approximately US$5,300, while the Janaushadhi initiative makes affordable generic medicines accessible. Farmers benefit from crop insurance under Pradhan Mantri Fasal Bima Yojana and income support through PM-KISAN, while PM SVANidhi provides working-capital loans to street vendors. Expanded food security programmes have further protected vulnerable households. These initiatives have reduced essential household expenditure, strengthened livelihoods and enabled families to redirect their resources towards education, nutrition and better living standards. Employment also increased by approximately 134 million between 2017 and 2023, with growing participation of women in paid work. As the World Bank observes, strong consumption growth, rising employment and expanded social transfers have been central drivers of India's poverty reduction. India's experience offers important lessons for the Global South, demonstrating how economic growth, digital public infrastructure and inclusive welfare policies can work together to advance shared prosperity and contribute to global poverty reduction.
The sheer magnitude of this achievement is mind boggling. The 496 million people who have moved above the lower-middle-income poverty threshold are equivalent to approximately the combined populations of the United States and Russia. In other words, within just twelve years, India has enabled a population comparable to that of two major countries to cross an important poverty threshold. It is a transformation that would be extraordinary for any nation, but particularly so for a country of India's continental scale, diversity and developmental complexity. Behind this figure are millions of families with improved access to food, healthcare, electricity, clean cooking fuel, financial services and better opportunities for their children. Each number represents a life with greater dignity, a household with enhanced financial security and a generation with expanded aspirations. It is this human dimension that gives the World Bank's findings their true significance.
At the same time, India remains conscious that the journey is far from complete. The World Bank report itself identifies important challenges that require sustained attention. Poverty is becoming increasingly concentrated in a geographical belt extending from Uttar Pradesh to West Bengal, which accounts for approximately 57 per cent of the country's remaining poor. Rural poverty also remains higher than urban poverty, while wage disparities and youth unemployment continue to warrant attention. The report notes that median earnings among the top 10 per cent of workers were approximately thirteen times those of the bottom 10 per cent in 2023. These realities underline the need to generate more productive employment, strengthen rural economies, improve educational and skill-development opportunities and ensure that the benefits of growth reach every region and section of society. The Government of India remains guided by the principle of Antyodaya—the upliftment of the poorest and most marginalised—and the vision of reaching the last person standing in the queue. The objective is not merely to bring people above a poverty threshold, but to enable them to lead secure, dignified and aspirational lives.
This transformation also carries considerable significance for India's place in the global economy. A country that has lifted hundreds of millions out of poverty is also creating one of the world's largest expanding consumer markets and an increasingly skilled and productive labour force. Rising household purchasing power, growing domestic demand, an expanding middle class, a large talent pool and rapidly improving digital and physical infrastructure make India an increasingly attractive destination for international trade, investment and business partnerships. At a time when the global economy is navigating geopolitical uncertainties, trade disruptions and a broader slowdown, India's growth momentum remains robust. The World Bank's October 2026 India Development Update projects India's economy to grow by 7.1 per cent in FY 2026–27, reinforcing its position as one of the fastest-growing major economies in the world. This resilience is supported by strong domestic demand, investment and the expanding contribution of industry and services. India's poverty reduction and economic growth are thus mutually reinforcing: greater prosperity creates opportunities for inclusion, while an increasingly prosperous and empowered population strengthens the foundations of economic growth.
The journey from poverty to prosperity is ultimately a journey of human dignity, opportunity and hope. India's achievement of lifting 496 million people out of poverty is a defining milestone, but it is not a destination. As the country advances towards its vision of Viksit Bharat—a developed India by 2047—it remains committed to ensuring that development is inclusive, opportunities are accessible and no citizen is left behind. The true measure of progress will not simply be the number of people who have crossed a poverty line, but the opportunities created for those who follow. India's ambition is clear: to build a nation where every individual has the means to realise their potential and where economic progress translates into shared prosperity. That is the promise of India's development journey, and it is a promise that extends beyond its borders, offering hope and inspiration to the wider world.



