Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Faiq Ismayilov: 
tarixi yaddaşın və mədəni mənsubiyyətin qorunması məsələsi

İşğaldan azad edilmiş ərazilərdə salınan yeni kənd və şəhərlərin memarlıq siması formalaşdırılarkən milli memarlıq ənənələrimizin nəzərə alınması yalnız estetik seçim deyil, həm də milli kimliyin, tarixi yaddaşın və mədəni mənsubiyyətin qorunması məsələsidir.
Əgər biz Qarabağ və Şərqi Zəngəzurda yeni yaşayış məntəqələri salarkən Azərbaycan xalqının əsrlər boyu formalaşdırdığı milli memarlıq üslubunu, tikinti ənənələrini, məkan təşkilini və yerli memarlıq xüsusiyyətlərini diqqətdən kənarda qoyuruqsa, onda həmin ərazilərin milli-mədəni simasının formalaşması ilə bağlı ciddi suallar yaranır. Memarlıq sadəcə yaşayış evlərinin tikilməsi deyil. Memarlıq xalqın tarixinin daşda, ağacda, naxışda və məkan quruluşunda ifadəsidir.
Biz müasir kəndlər tikməklə yanaşı, Azərbaycan memarlıq məktəbinin gələcəyini də formalaşdırmalıyıq. Əks halda, fiziki baxımdan müasir yaşayış məntəqələri yaratsaq da, onların milli-mədəni identikliyini ifadə edən memarlıq xüsusiyyətlərini itirmək təhlükəsi ilə üzləşə bilərik.
Milli kimlik yalnız bayraqda, dildə və tarix kitablarında deyil, həm də qurduğumuz evlərdə, saldığımız kəndlərdə, yaratdığımız şəhərlərdə yaşayır.