Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Sərbəst güləşçilərimiz Qazaxıstandan 8 medalla dönüblər

Qazaxıstanın Kökşetau şəhərində 17 yaşlılar arasında (U-17) sərbəst güləş üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı beynəlxalq turnir başa çatıb. AGF-dən verilən məlumata görə, U-17 millimizin böyük məşqçisi Hacı Əliyev və məşqçi Allahverdi Vəliyevin rəhbərliyi altında sözügedən turnirə qatılan Azərbaycan millisi çıxışını 8 (4-2-2) medalla başa çatdırıb. Turnirdə maraqlı və diqqətçəkən məqamlardan biri 55 kq çəkidə Azərbaycan finalının keçirilməsi olub. Bu çəkidə İbrahim Həsənov həlledici finalda öz komanda yoldaşı Hüseyn Rzazadəni məğlub edib. Bununla da İbrahim qızıl, Hüseyn isə gümüş medal qazanıb.

Digər medallara gəlincə,  Yusif Abdullayev (45 kq), Süleyman Şirinov (51 kq) və Elcan Həsənov (65 kq) qızıl, yalnız həlledici finalda büdrəyən Elvin Nəcəfzadə (92 kq) gümüş, çıxışını üçüncü yerdə bitirən Tunar Həsənovla (48 kq) Nicat Mustafayev (110 kq) isə bürünc medala sahib çıxıb.

İNTİQAM Məmmədov