Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bakıda eşitmə qabiliyyəti məhdud olan cüdoçuların AÇ-na start verilib

Noyabrın 11-də ölkəmizdə eşitmə qabiliyyəti məhdud olan cüdoçular arasında ilk dəfə keçirilən və sayca 5-ci olan növbəti Avropa çempionatına start verilib. Ev sahibi Azərbaycan da daxil olmaqla, iki gün davam edəcək bu çempionatda 12 ölkəni təmsil edən 80-dək cüdoçu mübarizəyə qatılıb. 

Çempionatın ilk günündə təsnifat görüşləri keçirilib və eyni zamanda günün ikinci yarısında yarışların təntənəli açılış mərasimi olub. Açılış mərasimində Gənclər və İdman Naziri Fərid Qayıbov, Avropa Karlar İdman Təşkilatlarının (EDSO) prezidenti İosif Stavrakakis və Azərbaycan Deflimpiya Komitəsinin İdarə Heyətinin sədri Anar Bayramov (o, həm də səhiyyə naziridir) çıxış edib. Çıxışlar bitəndən sonra Anar Bayramov çempionatı açıq elan edib. 

Tədbir çərçivəsində Defilimpiya hərəkatının yaranmasından bu günədək keçdiyi inkişaf yolunu əks etdirən videoçarx nümayiş etdirilib.

Xatırladaq ki,  noyabrın 12-də saat 14:00-dan etibarən çempionatın final mərhələsi başlayacaq.

İNTİQAM Məmmədov