Azərbaycan ev sahibliyi etdiyi AÇ-nın ilk gününü 2 medalla qeyd edib
Noyabrın 11-də Bakı İdman Sarayında eşitmə qabiliyyəti qüsurlu olan cüdoçular arasında startı verilən və sayca 5-ci olan Avropa çempionatının ilk günündə təşkilatçı komanda sayılan Azərbaycan millisi iki medal qazanıb. Qazanılan medallardan biri qızıl, digəri isə bürünc əyarlı olub. Azərbaycan Deflimpiya Komitəsindən verilən məlumata görə, qızıl medal bütün görüşlərini qələbə ilə başa vuran Coşqun Əliyevin (60 kq), bürünc isə çıxışını üçüncü yerdə bitirən Eltun Məmmədovun (73 kq) aktivinə yazılıb.
İNTİQAM Məmmədov



