"Neftçi" BK Avrokubokda qələbə qazanıb, "Landau Lions" isə...
Noyabrın 11-də kişi basketbolçulardan ibarət klubların mübarizə apardığı Avrokubok yarışlarının FİBA Avropa Kuboku turnirinin qrup mərhələsində növbəti turun oyunları keçirilib. Ölkəmizi bu turnirdə təmsil edən "Neftçi" klubu evdə qalib gəlib, "Landau Lions" isə səfərdə məğlubiyyətlə üzləşib. Qeyd edək ki, "Neftçi" Bakıda Yunanıstanın "Mykonop Betsson BC" klubunu 4 xal fərqiylə məğlub edərək qrup mərhələsində ilk qələbəsini qazanıb - 84:80 (16:24, 20:10, 29:18, 19:28).
Ağ-qaralar növbəti matçını noyabrın 18-də Latviyanın paytaxtı Riqada yerli "VEF Riqa" klubuna qarşı keçirəcək.
Eyni turnirin başqa qrupunda yer alan "Landau Lions" klubu isə İsveçrədə yerli "Lions de Geneve" ilə üzləşib. Təmsilçimiz növbəti dəfə meydanı məğlub durumda tərk edib - 85:77 (20:22, 23:16, 19:16, 23:23).
"Aslanlar" növbəti matçını noyabrın 18-də Bakı İdman Sarayında "BC Prievidza"ya qarşı keçirəcək.
İNTİQAM Məmmədov



