Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Boksçumuz Gülər Hüseynova gümüş medal qazanıb

Dalar-2026-da Azərbaycan yığmasının aktivindəki medalların sayı 6-ya çatıb

Seneqalın paytaxtı Dakarda keçirilən və Azərbaycan da daxil olmaqla planetin 205 ölkəsini təmsil edən 2700 idmançının 25 idman növü üzrə medallar uğrunda mübarizə apardığı Yeniyetmələrin 4-cü Yay Olimpiya Oyunları (Dakar-2026) artıq finişə yaxınlaşıb. Oyunların 13-cü günü boks yarışlarına həlledici final döyüşləri ilə yekun vurulub. Bu yarışda ölkəmizi təmsil edən Gülər Hüseynova (51 kq) çempionluq uğrunda son döyüşünü Venezuela təmsilçisi Qrinyellis Qarsiysya qarşı keçirib. Döyüş rəqibin qələbəsi ilə bitincə, Gülər Olimpiadanın gümüş medalı ilə kifayətlənib. Bununla da Oyunlara 8 idman növündə 13 idmançı ilə qatılan Azərbaycan yığmasının aktivindəki medalların sayı, üçü qızıl, üçü gümüş əyarlı olmaqla, 6-ya çatıb.

Xatırladaq ki, Gülərdən öncə təmsilçillərimizdən İbrahim Talıbov (55 kq, cüdo), Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq, hər ikisi çimərlik güləşi) qızıl, Adil Kazımlı (73 kq, taekvondo) və Nihad Süleymanlı (80 kq, çimərlik güləşi) isə gümüş medal qazanıb.

Beləliklə, Azərbaycan yığması Afrika Qitəsində ilk dəfə keçirilən və sayca 4-cü olan Yeniyetmələrin Yay Olimpiya Oyunlarını 6 (3-3-0) medalla başa vurub. 

Qeyd edək ki, noyabrın 13-də Dakar-2026-nın bağlanış mərasimi olacaq. Bağlanış mərasimində Azərbaycanın bayraqdarları Adil Kazımlı və Gülər Hüseynova olacaq.

İNTİQAM Məmmədov