Qadın basketbol millimiz evdə yenə də uduzub
Qadın basketbol millimiz 2029-cu ildə keçiriləcək Avropa çempionatının (EuroBasket-2029) ilkin təsnifat mərhələsinin qrup oyunları çərçivəsində növbəti matçına çıxıb. Sayca ikinci olan noyabrın 14-də baş tutan hesabat turunda millimiz İrlandiya yığmasını qəbul edib. Milli Gimnastika Arenasında baş tutan görüşdə qonaq komand daha güclü olub və komandamız birinci turda İsveçrəyə (33:84) qarşı oyunda olduğu kimi, yenə də meydanı məğlub durumda tərk edib - 73:91 (20:24, 20:22, 15:18, 18:27).
Millimiz növbəti matçını noyabrın 17-də İslandiyada yerli komandaya qarşı keçirəcək.
Həmin oyun Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.
İNTİQAM Məmmədov



