"Gəncə" evdə "Naxçıvan"a uduzub
Noyabrın 14-də qadın voleybol klublarının mübarizə apardığı Azərbaycan Super Liqasında 2026/2027-ci illər mövsümünün ikinci turuna start verilib. Turun ilk oyunu Gəncə Olimpiya İdman Kompleksində yerli "Gəncə" ilə "Naxçıvan" klubu arasında baş tutub. AVF-dən verilən məlumata görə, tay-brekə qədər uzanan görüş "Naxçıvan" klubunun qələbəsi ilə bitib - 2:3 (29:27, 17:25, 9:25, 25:18, 8:15).
Turun növbəti oyunları noyabrın 16-da keçiriləcək.
İNTİQAM Məmmədov



