Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Bizə zəfər yaraşır! "adlı tədbir keçirilib

Azərbaycan Yazıçılar Birliyinin üzvü, 40 dan çox kitabın müəllifi şairə Esmira Günəş bu il də Zəfər bayramı ərəfəsində Sumqayıt Bayraq Muzeyində möhtəşəm bir tədbir keçirib. 9 noyabr Bayraq Gününə təsadüf edən tədbir parad saatına düşdüyü üçün tədbirin iştirakçıları əvvəlcə böyük çoşqu ilə paradda iştirak ediblər. Daha sonra isə Sumqayıt Bayraq Muzeyində tədbir başlayıb. Şairə xanımın vətənpərvərlik mövzusunda şeirləri səsləndirilib, rəqslər və qonaqların gözəl çıxışları tədbirə daha da maraq qatıb. Tədbirin sonunda Elgün Abbaszadənin və Aylin Feyzullayevanın rəsm əsərləri nümayiş olunub. Günəş Nuru komandası bu dəfə də tədbirdə qonaq olan şəhid analarına xüsysi hədiyyələr təşkil ediblər. Şəhid Rüfət Mustafayevin, şəhid Tacəddin İsmayılzadənin, şəhid Elçin Hüseynovun və şəhid Səmid Əliyevin şəkillərinin yer aldığı hədiyyələr şəhid analarını sevindirib. Onlar da öz çıxışları zamanı şairə xanıma daima şəhid ailələrinə göstərdiyi xüsusi qayğı və diqqətə görə təşəkkür ediblər. Tədbir xatirə şəkilləri ilə yekunlaşıb.