Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Ordu" VK CEV Çelenc Kubokunun 1/16 finalında

"Xilasedici" isə CEV Çempionlar liqasının 3-cü mərhələsinə məğlubiyyətlə başlayıb 

Noyabrın 19-da kişi voleybolçulardan ibarət klublar arasında Avrokubok yarışlarının CEV Çempionlar liqasında və CEV Çelenc Kubokunda növbəti oyunlar keçirilib. Çempionlar liqasında üçüncü təsnifat mərhələnin ilk oyunları, Çelenc Kubokunda isə 1/32 finalın cavab görüşləri baş tutub.

Qeyd edək ki, Çempionlar Liqasında ölkəmizi "Xilasedici", Çelencdə isə "Ordu" klubu təmsil edib. Hər iki təmsilçimiz görüşünü doğma divarlar arasında keçirib. ÇL-da 3-cü təsnifat mərhələsinin ilk matçına çıxan "Xilasedici"  FHN -in Hövsanda yerləşən İdman zalında Sloveniyanın "ACH Volley Lyublyana" klubunu qəbul edib. Təəssüflər olsun ki, çempionumuz evdə rəqiblə bacarmayıb və 1:3 (20:25, 18:25, 26:24, 19:25) hesabla uduzub. Cavab oyunu bir həftədən sonra Sloveniyada keçiriləcək.

CEV Çelenc Kubokunda çıxış edən "Ordu" isə turnirin 1/32 final mərhələsinin cavab oyunu çərçivəsində Norveçin "Forde VBK" klubunu qəbul edib. Maraqlıdır ki, bir həftə öncə Norveçdə baş tutan ilk oyunda olduğu kimi (0:3), GİN-in Voleybol Mərkəzində baş tutan cavab matçında da qələbəyə sevinən "Ordu" olub - 3:0 (25:18, 25:18, 25:18). Bununla da hərbçilərimiz sözügedən turnirin 1/16 finalına vəsiqə qazanıblar. Bu mərhələdə isə rəqib Hollandiyanın "Simplex SSS Barneveld" klubu olacaq.

İNTİQAM Məmmədov