Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Atletimiz Qasım İsmayılov da Rusiyada bürünc medal qazanıb

Rusiyada Şanxay Əməkdaşlıq Təşkilatının Açıq Kuboku uğrunda keçirilən ağır atletika üzrə turnir Azərbaycan yığmasının daha bir üzvü üçün uğurlu olub. Söhbət 75 kq çəki dərəcəsində körpücük üzərinə çıxan Qasım İsmayılovdan gedir. Qeyd edək ki, birdən qaldırmada 135 kq ağırlığı ram edən, təkanla isə 166 kq ağırlığında ştanqanı başı üzərinə qaldıran atletimiz iki hərəkətin cəmində toplam 301 kq nəticə göstərib. Bu isə ona öz çəkisində üçüncü yeri tutmaqla bürünc medal qazandırıb. 

Xatırladaq ki, İsmayılovdan öncə digər atletimiz - Fuad Həsənov (70 kq) 290 kq (130+160) nəticə ilə üçüncü yeri tutub.

İNTİQAM Məmmədov