Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Sumqayıtın şəhər statusu almasının 77-ci ildönümü ilə əlaqədar tədbir keçirildi +FOTO=16

Bir neçə gündür ki, Sumqayıtın hər yerində bir bayram ab-havası hiss olunmaqdadır. Şəhər ictimaiyyəti, idarə və müəssisələr, yaradıcı təşkilatlar, mədəniyyət müəssisələri dogma şəhərlərinin 77-ci ildönümü ilə əlaqədar müxtəlif tədbirlər, ədəbi-bədii gecələr, bayram konsertləri, dəyirmi masalar keçirməklə, bayram süfrələri açmaqla, bu özəl günə öz töhfələrini verməyə çalışırlar. 

Belə tədbirlərdən biri də Sumqayıt şəhər Ağsaqqallar Şurasının akt zalında Sumqayıt şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın, Sumqayıt şəhər Ağsaqqallar Şurasının, Sumqayıt şəhər Veteranlar Şurasının və şəhərimizdə artıq hamının tanıdığı və rəğbət bəslədiyi “Dostlar Klubu”nun birgə əməyi sayəsində gerçəkləşdi.

Sumqayıt şəhər Ağsaqqallar Şurasının sədri Eldar İmayılovun, Sumqayıt şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın və “Dostlar Klubu”nun sədri Hümbət Quliyevin, Sumqayıt şəhər Veteranlar Şurasının sədri Sovet Şükürovun, Sumqayıt Şəhər İcra hakimiyyətinin məsul işçisi Fərman Kazımovun çıxışlarında Sumqayıtın şəhər statusu almasından ötən 77 ilə nəzər salınmış, şəhərin fotmalaşmasında və bu gün regionun ən gözəl şəhərlərdən birinə çevrilməsində əməyi olan insanlar xoş duyğularla xatırlanmışdır. 

Qeyd olunmuşdur ki, Ulu öndər Heydər Əliyevin hakimiyyəti ilərində Sumqayıta 16 dəfə səfər etməsi, möhtərəm Prezidentimiz İlham Əliyevin 2003-cü ildən bəri Sumqayıta 35 dəfə səfəri və hər səfərin də Sumqayıt üçün əlamətdar hadisələrlə müşayiət olunması ölkə rəhbərliyinin Sumqayıta göstərdiyi diqqət və qayğını təzahürüdür.

Çıxışlarda şəhərin son 11 ildəki dinamik inşişafı xüsusilə qeyd olunmuş, bunun üçün Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova minnətdarlıq ifadə olunmuşdur. 

Tədbirdə şəhərin qurucularından olan, müxtəlif illərdə müxtəlif sahələrə rəhbərlik etmiş insanlar Akif Zeynalov, Nəsir Rzayev, Maxsud’li Maxsudov, Olya İslamova, Kamil İbadov, Mətanət Məhərrəmova, Qərib Əliyev və başqaları şəhərlə bağlı öz xatirələrini danışmışlar. 

Çay süfrəsi arxasında yaradıcı insanların öz dilindən Sumqayıta həsr olunmuş şeirlər dinləmək məclisə bir ayrı gözəllik qatmışdır. AJB Sumqayıt şəhər təşkilanının sədri, Əməkdar jurnalist, tanınmış şair-publisist Rafiq Oday, şair-qəzəlxan Əli Ələmi, yazıçı Arif Ərşad şeirlərini oxumuş, Əməkdar mədəniyyət işçisi Ağalar İdrisoğlu Cəfər Cabbarlının “Ana” şeirini poeziyamızın təəssübkeşi Eldar İsmayılovla birgə səsləndirmişdir. 

Maraqlı və yaddaqalan tədbirin sonunda xatirə şəkilləri çəkilmişdir.